Ağasəlim Mircavadov: "Sabah" - "Neftçi" oyununun ədalətli nəticəsi heç-heçə idi"

Ağasəlim Mircavadov: "Sabah" - "Neftçi" oyununun ədalətli nəticəsi heç-heçə idi"

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Sabah" və "Neftçi" arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XIX turunun oyununda qeydə alınan nəticəni ədalətli sayıb.

76 yaşlı mütəxəssis "QELEBE.AZ"a açıqlamasında təlim-məşq toplanışından sonra birinci matçların həmişə ağır keçdiyini bildirib.

"Sadəcə, hazırlıq prosesinin ardından relsə düşmək lazımdır. 2-3-cü görüşdən sonra klubların necə toplanış keçdikləri tam görünəcək. "Neftçi"də nizam-intizam hiss edilirdi. Qol vəziyyəti də yaratdılar, lakin yararlana bilmədilər. Yeni baş məşqçi Miodraq Bojoviçin axtardığı heyəti tapması üçün vaxt lazımdır", - Mircavadov söyləyib.

Təcrübəli mütəxəssis "Sabah"ın çempionat ərəfəsindəki oyununu nümayiş etdirdiyini vurğulayıb: "Komandanın orta xəttində problem var. Oyunu idarə edən futbolçu lazımdır. Çünki "Sabah"ın hücumçuları yarımmüdafiədən asılıdırlar. Baş məşqçilərin hər ikisi matçdan razı olduqlarını söylədilər. Ədalətli nəticə də heç-heçə idi".

AFFA Məşqçilər Komitəsinin üzvü hər iki kollektivin avrokuboklara vəsiqə qazanmaq istədiyini söyləyib: "Birinci yer üçün mübarizə aparmaq ağır olar. Lider "Qarabağ"la xal fərqi də çoxdur. Oyun səviyyəsi də o qədər deyil. Lakin "Sabah" və "Neftçi"nin ölkə kubokunda da şansları var. Hər ikisi ideal komanda deyil və problemləri də var. Aleksey İsayevin getməsi isə "Sabah"a təsir etməməlidir. Murad Musayevin bu mövqedə başqa futbolçuları var. Məsələn, dünən Ayaz Quliyev meydanda idi. O isə əvvəlki Quliyev deyil. "Spartak"da və "Rostov"da tamam fərqli idi".

Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi müəyyənləşib

Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi müəyyənləşib

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Futbol
Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Futbol
Macarıstan klubunun baş məşqçisi: “Neftçi”yə qarşı mükəmməl keyfiyyətdə oyun olacaq”

Macarıstan klubunun baş məşqçisi: “Neftçi”yə qarşı mükəmməl keyfiyyətdə oyun olacaq”

Futbol
"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

Futbol
PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

Futbol
"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

Futbol
Messi Ronaldoya çatıb

Messi Ronaldoya çatıb

Futbol
"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

Futbol
Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Futbol
“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib

“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib