Azərbaycan millisinin məşqçisi: “TFF-nin qərarı futbolumuza mənfi təsir göstərə bilər”

Azərbaycan millisinin məşqçisi: “TFF-nin qərarı futbolumuza mənfi təsir göstərə bilər”

“Türkiyə Futbol Federasiyasının qərarı Azərbaycan futboluna mənfi təsir göstərə bilər”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Türkiyə Futbol Federasiyasının (TFF) türkdilli ölkələrin bir futbolçusunun Superliqa klublarında yerli statusda çıxış etməsi ilə bağlı qərarını dəyişməsinə münasibət bildirərkən deyib.

53 yaşlı mütəxəssisin fikrincə, türkdilli ölkələrin oyunçularının 2024/2025 mövsümündən etibarən Superliqa komandalarına transfer olunacaqları təqdirdə legioner sayılmaları azərbaycanlı futbolçuların keçidinə mane ola bilər: “Qardaş ölkədə tətbiq edilən əvvəlki limit futbolçularımıza marağın artmasına səbəb olmuşdu. İki futbolçumuz Superliqada oynamağa başlamışdı, bunun davamı gələ bilərdi. Ancaq indi yanaşma fərqli olacaq. Türkiyə klubları adətən böyük futbol ölkələrinin adlı-sanlı futbolçularına meyil edirlər. Maliyyə durumları da yaxşı olduğundan, top-oyunçular almaq istəyirlər”.

Arif Əsədov mövsümün əvvəlində Superliqa komandalarına keçən Azərbaycan millisinin üzvləri Şahruddin Məhəmmədəliyev (“Adana Dəmirspor”) və Renat Dadaşovun (“Hatayspor”) uğurlu performans sərgilədiklərini vurğulayıb: “Şahruddin və Renat özünü yaxşı tərəfdən göstərə bilirdi. Məncə, onlar klublarında ümidləri doğruldurdular. Bu da digər oyunçularımıza marağın artmasına yol açacaqdı. Amma qərarın dəyişməsi bu plana təsirsiz ötüşməyəcək”.

Yığmanın məşqçisi azərbaycanlı futbolçuların TFF I Liqa komandalarına keçmələrinə də münasibət bildirib: “I Liqada oyunçularımız çoxluq təşkil edir. Bunun müsbət təsiri mütləq olacaq. Əlbəttə, Superliqa ilə I Liqa arasında səviyyə fərqi var. Ancaq Türkiyə I Liqasını da bizim Premyer Liqadan üstün saymaq olar”.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, bundan sonra Superliqa klubları türkdilli ölkələrin oyunçularını əcnəbi kimi heyətə qata biləcəklər. Həmçinin müqavilə müddəti bitən futbolçu da yeni sözləşməyə legioner kimi imza atmalı olacaq. Renat Dadaşov “Hatayspor”da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la müqavilə müddəti isə 2025-ci ilin yayına qədərdir.

Futbol
Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Futbol
Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Futbol
2022-ci ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub

2022-ci ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub

Futbol
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Futbol
Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ"la matçda kimlərin oynayacağını demək istəmirəm"

"Frayburq"un baş məşqçisi: "Qarabağ"la matçda kimlərin oynayacağını demək istəmirəm"

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Futbol
Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

Futbol
“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb