Azərbaycanlı jurnalist FIFA-nın səsverməsində Messini fərqləndirməsinin səbəbini açıqlayıb

Azərbaycanlı jurnalist FIFA-nın səsverməsində Messini fərqləndirməsinin səbəbini açıqlayıb

Azərbaycanlı jurnalist Rasim Mövsümzadə FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün Argentina millisinin üzvü Lionel Messiyə səs verməsinə aydınlıq gətirib.

O, bu barədə "QELEBE.AZ"a açıqlama verib.

Mövsümzadə Qətərdəki dünya çempionatının nəticələrə təsir etdiyini bildirib: "Çoxları bilmir, ona görə məlumat verim ki, mükafatlandırma mərasimi 2024-cü ilin yanvarında keçirilsə də, sorğu 2022-ci ilin dekabrından 2023-cü ilin oktyabrına qədər olan dövrü əhatə edib. Yəni bir növ 2022/23 mövsümünün ən yaxşısı müəyyənləşmiş kimi olub. Ona görə də Lionel Messinin Qətər mundialındakı çempionluğu da ümumi nəticələrə təsir göstərib. Ondan sonra ABŞ-də ardıcıl 7 oyunda fərqlənməklə o qədər də güclü olmayan “İnter Mayami” klubuna Liqa kubokunu qazandırması da yaddan çıxmayıb. Argentinanın DÇ-2026-nın seçmə mərhələsində liderliyi də məhz onun sayəsindədir".

Media nümayəndəsi Messinin çıxdığı hər matçda “ən yaxşı” seçilməyi bacardığını sözlərinə əlavə edib: "2023-cü ildə həmçinin “Qızıl top” və “Dünyanın Ən Yaxşı İdmançısı” (Laureus) mükafatlarını da qazanıb. Norveçli Erlinq Holanna gəlincə, düzdür, məhsuldar mövsüm keçirib, həm “Mançester Siti” ilə, həm də fərdi bir çox titullar qazanıb. Amma fikrimcə, onun ötən Çempionlar Liqasının yarımfinal və final qarşılaşmalarında sönük oyun göstərib qol vura bilməməsi, üstəlik, Norveç millisinin AVRO-2024-dən kənarda qalması seçimə təsir göstərib".

Futbol
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Futbol
Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Futbol
Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Futbol
Lionel Messi Maradonanın rekordunu yeniləyib

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Futbol
Azərbaycanın veteran futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu vəfat edib

Futbol
DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

Futbol
"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

Futbol
Elxan Məmmədov tanınmış futbolçu ilə görüşüb

Elxan Məmmədov tanınmış futbolçu ilə görüşüb

Futbol
"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

Futbol
"Yuventus"un oyununda kütləvi dava düşüb

"Yuventus"un oyununda kütləvi dava düşüb

Futbol
Fariz Nəcəfov: “Büdcəmiz imkan verərsə, sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik”

Fariz Nəcəfov: “Büdcəmiz imkan verərsə, sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik”

Futbol
"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub