Şahruddin Məhəmmədəliyev: “Azərbaycanlı futbolçuların Türkiyəyə gəlməsi müsbət məqamdır” - MÜSAHİBƏ

Şahruddin Məhəmmədəliyev: “Azərbaycanlı futbolçuların Türkiyəyə gəlməsi müsbət məqamdır” - MÜSAHİBƏ

2023-cü ilin yayında “Qarabağ”dan Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olunan Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev artıq Superliqa təmsilçisinin əsas heyət üzvünə çevrilib.

29 yaşlı futbolçu Superliqanın son 6 oyununda komandasının "çərçivə"sini qoruyub. Ötən gün XIX turda “İstanbulspor”la heç-heçə edən (2:2) “Adana Dəmirspor” hazırda 29 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Elita təmsilçisi ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər olan Şahruddin Məhəmmədəliyev “Report”un suallarını cavablandırıb.

- “Adana Dəmirspor”da işləriniz necə gedir?
- Hər şey çox yaxşıdır. Özümü burada əla hiss edirəm.

- Komandanız Superliqada birinci dövrədən sonra 5-ci pillədə qərarlaşıb. Hazırkı mövqeyinizdən razısınız?
- Məncə, daha yaxşı mövqedə yer ala bilərdik. Çoxlu lazımsız xal itkilərinə yol verdik. Əks təqdirdə, indi daha yüksək pillələrdə olardıq.

- Türkiyəyə və “Adana Dəmirspor”a tam uyğunlaşa bilmisiniz?
- Bəli, tam uyğunlaşdığımı deyə bilərəm. Bununla bağlı xüsusi çətinlik yaşamadım. Klubum tərəfindən çox yaxşı qarşılandım. Dil baxımından da heç bir problem yoxdur. Bu üzdən hər şey qaydasındadır.

- Mövsümə ehtiyat qapıçı kimi başlasanız da, artıq müntəzəm "çərçivə"də dayanırsınız. Sizi “Adana Dəmirspor”un əsas qolkiperi hesab etmək olar?
- Açığı, bu barədə düşünmürəm. İndi bütün diqqətimi komandamın matçlarına yönəltmişəm. Hər dəfə yalnız növbəti görüşə köklənirəm.

- Mario Balotelli, Nani kimi ulduz futbolçularla komanda yoldaşı olmaq necə hissdir?
- Möhtəşəm hissdir. Sizə kömək edə biləcək belə böyük futbolçuların ətrafınızda olması çox xoşdur.

- Balotellinin meneceri Azərbaycandan ona zəng gəldiyini bildirib. Bu barədə Balotelli ilə söhbətiniz olub?
- Balotellinin hazırda zədəsi var, müalicə olunur. Bu üzdən bir müddətdir bir-birimizi görmürük. Buna görə də söhbət etmək imkanımız olmayıb.

- Türkiyə Superliqasının səviyyəsi barədə nə deyə bilərsiniz? Orada da Azərbaycandakı kimi təzyiqlərlə üzləşirsiniz?
- Superliqanın səviyyəsi çox yüksəkdir. O ki qaldı Azərbaycanda təzyiq olmasına, ölkənin ən yaxşı klubunda təzyiq olmadan necə çıxış edə bilərsiniz? Yəqin hamı mənimlə razılaşar ki, “Qarabağ” kimi böyük klubda oynayırsansa, təzyiqlə üzləşməyin normaldır. Ən yaxşı olmaq istəyirsənsə, bunun öhdəsindən gəlməlisən.

- Son vaxtlar azərbaycanlı futbolçuların Türkiyəyə axını baş verir. Bunu necə qarşılayırsınız?
- Bu çox yaxşı haldır. Azərbaycanlı futbolçuların Türkiyəyə gəlməsi müsbət məqamdır. Belə bir fürsətin varsa, özünü sınamalısan.

- Sabiq komanda yoldaşınız Ramil Şeydayevin də “Kocaelispor”la anlaşdığı yazılıb. Bu barədə məlumatınız var?
- Bu barədə mən də eşitmişəm. Ancaq konkret bir şey yoxdur.

- Superliqada çempionluq uğrunda “Fənərbağça” ilə “Qalatasaray” arasında mübarizə gedir. Hansı komandanı daha şanslı hesab edirsiniz?
- Hər ikisi çox güclü komandadır. Proqnoz vermək çox çətindir. Kim güclüdürsə, o da qalib gəlsin.

- Sabiq komandanız “Qarabağ”ın cari mövsümdəki çıxışını necə qiymətləndirirsiniz?
- Azərbaycanda “Qarabağ”a rəqib yoxdur. “Qarabağ”ın yeganə rəqibi elə “Qarabağ” özüdür. Bundan yarana biləcək arxayınlıq isə komandaya problem yarada bilər.

- Azərbaycan millisinin baş məşqçi postuna yerli, yoxsa əcnəbi mütəxəssisin gətirilməsi məsələsi müzakirə olunur. Siz hansının tərəfdarısınız?
- Mənim işim kimin məşqçi olacağını müzakirə etmək deyil. Əsas odur ki, kim gəlir-gəlsin, Azərbaycan futboluna xeyir versin.

- Yerli məşqçilər arasında kimin təyin olunmasını istərdiniz?
- Mənim fikrim dəyişmir, Rəşad Sadıqovun milliyə gəlməsini istərdim.

Futbol
"Qarabağ" braziliyalı yarımmüdafiəçiyə təklif göndərib

"Qarabağ" braziliyalı yarımmüdafiəçiyə təklif göndərib

Futbol
Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

Futbol
Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Futbol
Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Futbol
Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Futbol
DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

Futbol
"Neftçi"nin sabiq futbolçusu cəza aldığı üçün özünü partlatmaq istəyib

"Neftçi"nin sabiq futbolçusu cəza aldığı üçün özünü partlatmaq istəyib

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib

Futbol
DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

Futbol
“Mançester Yunayted” Ronaldonu 720 min avro cərimələyəcək

“Mançester Yunayted” Ronaldonu 720 min avro cərimələyəcək

Futbol
Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib