I Liqada dava düşmüş oyunla bağlı qərarlar verilib

I Liqada dava düşmüş oyunla bağlı qərarlar verilib

AFFA İntizam Komitəsi I Liqanın XII turunda keçirilmiş "Karvan" - "Zaqatala" oyununda yaşananlarla bağlı qərar verib.

"Report" xəbər verir ki, Yevlax təmsilçisinin futbolçusu Amil Orucov 86-cı dəqiqədə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün ikisi şərti olmaqla üç oyunluq cəzalanıb. "Karvan" 200 manat ödəyəcək.

90-cı dəqiqədə meydan sahiblərinin digər oyunçusu Ruslan Voronsov təcavüzkar davranış (rəqibi təpiklə vurmaq) ucbatından qırmızı vərəqə alıb və 4 matçlıq diskvalifikasiya edilib. Oyunçu klubunu 300 manat ziyana salıb.

Komandanın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari mövsümdə ilk dəfə yaşandığı üçün kluba xəbərdarlıq olunub.

Bundan əlavə, "Karvan" klubu Peşəkar Futbol Liqasının Əsasnaməsinin tələbi pozulduğuna görə 50 manat, qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün 80 manat cərimələnib.

"Zaqatala"nın futbolçusu Rüstəm Nuruyev 2 oyun şərti olmaqla 3 oyunluq, Nəsib Əliyev isə iki matçlıq cəzalnıb. Nuruyev qeyri-etik ifadə və ya hərəkətə görə, Əliyev hakimin qərarına etiraz ucbatından qırmızı vərəqə görmüşdü. Qonaqlar onlara görə müvafiq olaraq 200 və 150 manat ödəyəcəklər.

Həmçinin 5 oyunçunun sarı vərəqə alması "Zaqatala"nı 70 manat ziyana salıb.

Qeyd edək ki, qarşılaşma "Zaqatala"nın 2:0 hesablı qələbəsi ilə bitib. Görüşün sonlarında hər iki komandanın futbolçuları arasında dava düşüb.

Futbol
Azərbaycanın iki futzalçısı şəhəri tərk edə bilmədiyi üçün heyətdən çıxarılıb

Azərbaycanın iki futzalçısı şəhəri tərk edə bilmədiyi üçün heyətdən çıxarılıb

Futbol
Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Futbol
Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Futbol
Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Futbol
"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

Futbol
“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

Futbol
Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Futbol
Azərbaycan millisinin sabiq futbolçusu: “Karyeramı bitirirəm”

Azərbaycan millisinin sabiq futbolçusu: “Karyeramı bitirirəm”

Futbol
"Araz Naxçıvan"ın kapitanı: "Ancaq qələbə qazanmaq haqqında düşünürük"

"Araz Naxçıvan"ın kapitanı: "Ancaq qələbə qazanmaq haqqında düşünürük"

Futbol
İspaniyanın qadınlardan ibarət millisi dünya çempionu olub

İspaniyanın qadınlardan ibarət millisi dünya çempionu olub

Futbol
"Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib

"Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb