“NTD-İndiqo”nun basketbolçusu: “Çempionluq şansımız kifayət qədər yüksəkdir”

“NTD-İndiqo”nun basketbolçusu: “Çempionluq şansımız kifayət qədər yüksəkdir”

“Çempionluq şansımız kifayət qədər yüksəkdir”.

“Report” xəbər verir ki, bunu “NTD-İndiqo”nun basketbolçusu Rəşid Abbasov klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, mövsümün sonunda qızıl medallar qazanacaqlarına inanır: “Heyətə səviyyəli azərbaycanlılar və xaricdən gələn təcrübəli oyunçular daxildir. Hamı çempionluq uğrunda mübarizəyə hazırdır”.

Basketbolçu VIII turda “Cəlilabad” üzərində qələbə qazandıqları (108-93) görüşü də şərh edib: “Komanda əla oynadı. Xüsusən də Əkbər Məmmədov və Murad Babayevi qeyd edərdim. Komanda oyunu oynadıq və qələbə qazanmaq çətin olmadı. Komanda yoldaşlarım məni meydançada tapırdılar, sadəcə, öz işimi görürdüm. Düzdür, hesabımda +20 xal olan ilk görüşümdür. Amma əminəm ki, sonuncu olmayacaq”.

“NTD-İndiqo” Azərbaycan Basketbol Liqasının IX turunda, dekabrın 24-də “Şəki”nin qonağı olacaq. Rəşid Abbasov qələbəyə əmindir: “Qələbə qazanmaq əzmindəyik. Matça hazırlaşırıq və əminəm ki, bu dövrəni daha bir qalibiyyətlə başa vuracağıq. İlk dövrədə 7 qələbə qazanmışıq və cəmi 1 məğlubiyyətə üzləşmişik. Fikirləşirəm ki, yaxşı vəziyyətdəyik. Liqada birinci dövrəni bir məğlubiyyətlə başa vuracağıq. Bu da kifayət qədər yaxşı nəticədir”.

Qeyd edək ki, 8 turda 15 xal toplayan “NTD-İndiqo” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Komanda
"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub

Komanda
Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Komanda
Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb