Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib

Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib

Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, Binə Elit Atçılıq Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq iştirakçıların atlı paradı gerçəkləşib. Ardınca Dövlət Sərhəd Xidmətinin orkestri və musiqilərin ifasında müxtəlif çıxışlar səsləndirilib. Daha sonra Qarabağ atlarının xüsusi şou çıxışı olub.

Fərid Qayıbov tədbir iştirakçılarını salamlayıb. O, çövkənin milli idman növü olduğunu söyləyib: "Artıq bu il bir neçə dəfə burada çıxış etmişəm. ARAF həm yerli, həm də beynəlxalq yarışlar keçirib. Bu turnir Ulu Öndərin 100 illik yubileyinə təsadüf edir. Bu il idmanımız üçün uğurlu olub. Çaparlarımız da medallar qazanıb. Qarşıdan gələn bayramlar münasibəti ilə sizi təbrik edirəm".

Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

ARAF-ın İdarə Heyətinin üzvü Cavid Abdullayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın idmana xüsusi diqqət və qayğı göstərdiyini söyləyib: "Ölkəmizdə atçılıq idman növündə bir çox tədbirlər keçirilib. Bu idmanın əsas məqsədi dövlətimizin adət-ənənələrinin təbliğ olunmasıdır. Bu yarışda iştirak edən bütün komandalara uğurlar arzu edirəm".

Dövlət Himninin səsləndirilməsindən sonra Prezident Kuboku açıq elan edilib və "Sərhədçi-Qarabağ” - “Polad" qarşılaşması start götürüb.

Qeyd edək ki, yarışda 8 komanda 2 qrupda mübarizə aparır. A qrupunda “Sərhədçi-Qarabağ”, “Polad", “Köhlən”, “Şirvan”, B qrupunda isə “Sərhədçi-Dilbaz”, “Omar”, “Zəfər”, “Embawood” klubları yer alıblar. Bu gün startı verilən turnir dekabrın 24-də başa çatacaq.

Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Fərdi
Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Fərdi
Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Fərdi
FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

Fərdi
Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Fərdi
Maqnus Karlsen: "Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur"

Maqnus Karlsen: "Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur"

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Fərdi
Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Fərdi
Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək