AŞF-nin baş katibi: “Bu il şahmatçılarımızın beynəlxalq yarışlarda qələbələri çox olub”

AŞF-nin baş katibi: “Bu il şahmatçılarımızın beynəlxalq yarışlarda qələbələri çox olub”

“Bu il şahmatçılarımızın beynəlxalq yarışlarda qələbələri çox olub”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi İlahə Qədimova deyib.

O, Ayan Allahverdiyevanın qələbəsinə çox sevindiyini bildirib: “Azərbaycan xalqını Ayan Allahverdiyevanın İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edirəm. Dünya çempionu olmaq böyük nailiyyətdir. Ayanın çemponluğuna şəxsən şahid oldum və buna çox sevindim. Onun oyununun keyfiyyəti çox yüksəkdir”.

“Çox sevinirəm ki, bu il qələbələrimiz çox olub. Yeniyetmə şahmatçılarımız Avropadan ölkəmizə neçə-neçə medal gətiriblər. Eləcə də qadın idmançılarımız beynəlxalq yarışlarda medallar qazandılar. Həmçinin digər şahmatçılarımız da dünya çempionatından medallarla qayıtdılar.

Ümid edirəm ki, şahmatçılarımız bizi gələcəkdə daha çox sevindirəcəklər”, - İlahə Qədimova əlavə edib.

Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.

Fərdi
Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək

Fərdi
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Günay Məmmədzadə Çində mübarizə aparacaq

Günay Məmmədzadə Çində mübarizə aparacaq

Fərdi
Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərdi
Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə yığmaya çağırılıb

Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə yığmaya çağırılıb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Fərdi
Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"