Azərbaycanın şahmat üzrə dünya çempionu: “Rəqiblərim çox güclü idi”

Azərbaycanın şahmat üzrə dünya çempionu: “Rəqiblərim çox güclü idi”

“On səkkiz yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatındakı rəqiblərim çox güclü idi”.

Bunu “QELEBE.AZ”a açıqlamasında İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Ayan Allahverdiyeva deyib.

“Yarış çox gərgin keçdi. Ötən il dünya çempionatında ikinci yerə çıxmışdım. Bu il axır ki, birinci yerə çıxa bildim”, - Azərbaycan idmançısı vurğulayıb.

“Bəzi səhvlərimi düzəldə bildim. Təcrübə də çox kömək etdi. Şükür Allaha, hər şey yaxşı oldu. Üç dəfə heç-heçə elədim, səkkiz dəfə uddum, 9,5 xal topladım”, - o deyib.

A.Allahverdiyeva bəzi rəqiblərinin güclü olduğunu vurğulayıb: “Qazaxıstan, Ukrayna, Rusiya, Amerika şahmatçıları güclü oyun göstərdilər. Yarış gərgin keçdi”.

“Bu, mənim ən böyük uğurum idi. Qeyd edim ki, bundan əvvəl 3 dəfə Avropa çempionu olmuşam.

İnşallah şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək. Bu, şahmat bayramıdır. Çempionat yeni ildən əvvəl olur. Yarışda ən yaxşı şahmatçılar iştirak edir. Bu yarışdan sonra məni ora dəvət etdilər”, - A.Allahverdiyeva deyib.

Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.

Fərdi
Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Fərdi
Xizək alpinizmi üzrə Azərbaycan millisinə seçim prosesi keçirilib

Xizək alpinizmi üzrə Azərbaycan millisinə seçim prosesi keçirilib

Fərdi
Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Fərdi
Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Fərdi
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Fərdi
Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı bəlli olub