AFFA Məşqçilər Komitəsinin üzvü: “De Byazi bu sözlərinə görə utanmalıdır”

AFFA Məşqçilər Komitəsinin üzvü: “De Byazi bu sözlərinə görə utanmalıdır”

“De Byazi bu sözlərinə görə utanmalıdır”.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə keçirilən oyundan sonra mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə nalayiq fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.

76 yaşlı mütəxəssis italiyalı həmkarını bu sözlərinə görə qınayıb: “Jurnalistlərimiz bu ölkənin vətəndaşlarıdır və ürəkləri futbol eşqi ilə yanır. Onlara axmaq deməklə öz əxlaqsızlığını göstərdi. İşlətdiyi ifadələrə görə mətbuatdan üzr istəməlidir. Media ölkə idmanının inkişafına böyük töhfələr verir. Başqa ölkələrdən gələnlərə çörəyimizi veririk, qardaşlığımızı göstəririk. Cavabı belə olmalıdır? Ayrılmaq fikri varsa, hörmətlə getməlidir, daha belə hərəkətlərlə deyil. Jurnalistlərə bu sözü deyən özü axmaqdır. Hələ tərcüməçisinə də tapşırır ki, hamısını tərcümə et, belçikalı jurnalistlər də bilsinlər. Məgər onlar bizim media nümayəndələrindən çox bilirlər? Əlbəttə ki, xeyr”.

Azərbaycan millisinin sabiq çalışdırıcısı Belçikaya 0:5 hesablı məğlubiyyətin əsas səbəblərindən biri kimi Eddi İsrafilovun birinci hissədə qırmızı vərəqə almasını göstərib: “İsveç üzərində qələbədən sonra ümidli idik. Gözləyirdik ki, uşaqlar həmin oyunu təkrarlayacaqlar. Belçikanın bizdən güclü olması əl-qolumuzu yanımıza salıb təslim olmağımıza əsas vermir. Eddi İsrafilov heç nədən qırmızı vərəqə almaqla komanda yoldaşlarını daha çətin duruma saldı”.

Avropa çempionatının seçmə mərhələsindəki oyunları dəyərləndirən A.Mircavadov millidə inkişaf görmədiyini etiraf edib: “Millimiz seçmə mərhələyə həddən artıq zəif başladı. Hətta Estoniya ilə Bakıdakı görüşün birinci hissəsində oyun baxımından rəqibə uduzduq. De Byazinin ilk dəfə 5 komandalı qrupda 4-cü yeri tutduğumuzu uğur kimi vurğulaması yanlışdır. Söhbət nəticədən sonra sərgilənən oyundan və inkişafdan gedir. Təəssüf ki, biz bu inkişafı görmədik. Heyət də əvvəlki illərlə müqayisədə daha güclü idi. Sadəcə, onları bir arada toplayıb düzgün taktika seçmək qalırdı. De Byazinin fikirləri məşqçiyə yaraşmayan söhbətdir”.

Onun fikrincə, uğursuz nəticələrin əsas səbəbkarı məhz baş məşqçidir: “İsveçə qarşı sərgilənən oyunu niyə təkrarlamadıq? İlk növbədə baş məşqçi seçimdə böyük səhvlərə yol verdi. Klubunda oynamayan, formada olmayan futbolçular yığmaya çağırılırlar. Milli toplaşdıqdan bir neçə gün sonra oyuna çıxır. Ona görə də düşərgəyə hazır futbolçular, klubunda lider olanlar gəlməlidirlər. De Byazi ilə əvvəllər də söhbətimizdə deyirdik ki, hazır olmayan oyunçunu yığmaya çağırmamalıdır. Komanda hesabda geridə olanda təcrübəli futbolçuları meydana buraxmalısan ki, dəyişiklik edə bilsinlər. De Byazi isə belə durumda gəncləri əvəzetmədən oyuna qoşur. Gənc oyunçu məğlub durumda olduqları zaman özünü heç vaxt göstərə bilməz”.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi 7 xalla 4-cü yeri tutub. 2020-ci ildən yığmamızın “sükanı arxası”nda olan Canni De Byazinin müqaviləsinin müddəti bu ayın sonunda bitir.

Futbol
"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

Futbol
Ronaldinyonun oğlu "Barselona"ya keçir

Ronaldinyonun oğlu "Barselona"ya keçir

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyunda qalib gəlməyə çalışacağıq"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyunda qalib gəlməyə çalışacağıq"

Futbol
PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

Futbol
"Neftçi"nin baş məşqçisi "Styaua"ya mümkün qayıdışı ilə bağlı açıqlama verib

"Neftçi"nin baş məşqçisi "Styaua"ya mümkün qayıdışı ilə bağlı açıqlama verib

Futbol
Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Futbol
Murad Musayev: “Sabah”ın uğurlarının burada nə qədər çalışmağımla əlaqəsi yoxdur, klub təkcə məndən ibarət deyil”

Murad Musayev: “Sabah”ın uğurlarının burada nə qədər çalışmağımla əlaqəsi yoxdur, klub təkcə məndən ibarət deyil”

Futbol
“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Futbol
"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

Futbol
Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Futbol
Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ

Felipe Santos: “Qarabağ”la oyunlarda gücümüzü göstərdik” - MÜSAHİBƏ

Futbol
Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb