"Gəncə"nin amerikalı basketbolçusu: "Bu səbəbdən arzulanan kimi çıxış etmək mümkün olmadı”

"Gəncə"nin amerikalı basketbolçusu: "Bu səbəbdən arzulanan kimi çıxış etmək mümkün olmadı”

“Mövsümün əvvəlində zədəli basketbolçularımız oldu. Nəticədə müəyyən müddət hamımız bir yerdə məşq edib, hazırlaşa bilmədik. Bu səbəbdən də arzulanan kimi çıxış etmək mümkün olmadı”.

“Report” xəbər verir ki, bunu “Gəncə”nin basketbolçusu Derek Rouds klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Amerikalı basketbolçu müəyyən məqamlarda təcrübənin çatmadığını vurğulayıb: “Yeni və gənc oyunçulardan ibarət komandanın nəticə qazanması üçün təcrübə əsas açardır. Heyətdə istedadlı uşaqlar var, onlar hələ bir-birilərinə tam uyğunlaşmayıblar. Bir nöqtəyə gəlib çıxmaq üçün bizə təcrübə qazanmaq vacibdir. Zamanla komanda formalaşır, basketbolçular kollektivə öyrəşirlər. Startımız uğurlu alınmayıb. Bu, təbii ki, bizi narahat edir. Amma müəyyən müddətdən sonra hər şey yoluna düşəcək. Toparlanmalı, qələbələrə doğru birgə addımlamalıyıq”.

30 yaşlı hücumçu komandanın ardıcıl səfərdə oynamasına da münasibət bildirib: “Çempionata evdən kənarda başladıq və elə də davam etdi. Səfərdə 3 matç oynamışıq. Düzdür, marafon uzundur. Artıq həftəsonu Gəncədə meydana çıxacağıq. Meydan və azarkeş amili tərəfimizdə olacaq. Enerjimiz və emosiyalarımız çox olacaq və düşünürəm ki, bu, bizim xeyrimizə işləyəcək. Yaxşı bir şeyin başlanğıcı olacaq”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında keçirdiyi hər 3 oyunda məğlub olan "Gəncə" 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Komanda
Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Komanda
Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır

Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır

Komanda
Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Komanda
Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub