Xabi Alonso: “Qarabağ”ın hücumlarının qarşısını almağa çalışırdıq”

Xabi Alonso: “Qarabağ”ın hücumlarının qarşısını almağa çalışırdıq”

“Son 15 dəqiqə çox gərgin keçdi, həmin anlarda “Qarabağ”ın hücumlarının qarşısını almağa çalışırdıq”.

“Report”un məlumatına görə, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Azərbaycan çempionunun onları təəccübləndirmədiyini söyləyib: “Penalti zərbəsi ilə də olsa, qələbə qazandıq. “Qarabağ” güclü komandadır, bizi təəccübləndirmədi. Kiminlə qarşılaşdığımızı bilirdik. Bunu nəzərə alaraq bura gəlmişdik. Hazırda qrupda birinci yerdəyik. Yenə də qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha yaxşı oyun sərgiləməyə çalışırlar”.

Xabi Alonso 14 il əvvəl Azərbaycana gəldiyini xatırladaraq, bu müddətdə çox dəyişikliklər olduğunu bildirib: “Həm Azərbaycanda, həm də “Qarabağ”da çox dəyişikliklər olub. 14 il əvvəl heç “Qarabağ”ı tanımırdım. Amma indi nəyə qadir olduğunu bilirəm. Bu klub ildən-ilə böyüyür, növbəti uğurlar üçün hər şeyi edir”.

Onun fikrincə, penalti epizodunda hakim haqlı qərar verib: “Penaltidir, istər ilk dəqiqələrdə olsun, istərsə də son dəqiqələrdə. Əgər əllə toxunuş var idisə, top qapıya tərəf gedirdisə, penalti idi. Referilər bu qərarı verir”.

41 yaşlı çalışdırıcı qrupda ikinci yer uğrunda “Molde” ilə “Qarabağ” arasında rəqabət gedəcəyini düşünür: “Hansı komandanın ikinci yeri tutmağa qadir olduğunu son görüş göstərəcək”.

“Bayer 04”ün baş məşqçisi “Qarabağ”ın heyətində bəyəndiyi oyunçuların da adlarını sadalayıb: “Qarabağ” çox gözəl komplektləşib, yaxşı heyəti var. Marko Yankoviç, Abdullah Zubir və Juninyo Olavionun adını çəkə bilərəm. Digərlərinin xətrinə dəymək istəmirəm, hamısı yaxşıdır. İnanıram ki, onlar üzərlərinə düşəni edəcəklər”.

Futbol
Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Futbol
Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib

Futbol
Lionel Messi Maradonanın rekordunu yeniləyib

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Futbol
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

Futbol
"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

Futbol
"Barselona" La Liqanı məhkəməyə verib

"Barselona" La Liqanı məhkəməyə verib

Futbol
"Bavariya"nın futbolçusu Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər

"Bavariya"nın futbolçusu Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər

Futbol
Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Futbol
Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Futbol
Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Futbol
“Çelsi” Qrem Potterin razılığını alıb

“Çelsi” Qrem Potterin razılığını alıb

Futbol
"Qızıl top" mükafatının qalibi bəlli olub

"Qızıl top" mükafatının qalibi bəlli olub