Ağatahir Əzimov: "Məktəblərdən, küçələrdən, ordan-burdan oyunçular tapmalıyam"

Ağatahir Əzimov: "Məktəblərdən, küçələrdən, ordan-burdan oyunçular tapmalıyam"

"Yeni futzalçılar tapmaq çox çətin olacaq. Aşağı yaş qrupları olmadığı üçün məktəblərdən, küçələrdən, ordan-burdan oyunçular tapmağa məcburam".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycanın futzal milliləri üçün seleksiyaçı-məşqçi təyin olunan Ağatahir Əzimov deyib.

Mütəxəssis böyük futbol təcrübəsi olanları da futzala yönəltməyə çalışacağını bildirib: "Onların da üzərində işləməli və düzəltməliyik. Yaxşıları tapsam, U-19-a və ya əsas yığmaya verəcəyəm".

Əzimov daha əvvəl 4 il U-19 millisində çalışdığını xatırladıb: "Ürəyimdən əməliyyat olunandan sonra federasiya rəhbəri dedi ki, sənə çox əsəbiləşmək olmaz. Səhhətimə görə narahat olduqlarını söylədilər və məni komandadan uzaqlaşdırdılar. Bir neçə aydan sonra bu işi etibar etdilər. Cavan uşaqlar tapmalıyam. Futzalda bir az problem yaşayırıq. Gənc oyunçularımız azdır. Yeni futzalçılar tapmağa və işləməyə çalışacağıq".

Seleksiyaçı-məşqçi sponsor problemlərinin də olduğunu söyləyib: "Yeni sponsorlar tapmayana qədər hər şey çətin olacaq. Maddi cəhətdən oyunçulara dəstək verilməlidir. Fərz edək ki, 19, 20, 21 və 22 yaşlıları tapıb futzala cəlb etdim və onlarla işlədim. Həmin şəxslər də pul qazanmaq istəyəcək. Hazırda minifutbolda normal sponsorlar, pul var. Bizdə öyrəndikdən sonra oraya gedəcəklər. Yaxşı sponsora malik klublar olmasa, oyunçular qalmayacaqlar. Sponsorların az olması bir az çətinlik yaradır".

Ağatahir Əzimov bu gündən işə başladığını diqqətə çatdırıb: "10-15 uşaq tapmışam. Onların arasında seçim edəcəyəm. Axtarışlarımız davam edəcək".

Futbol
Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Futbol
"Barselona"nın futbolçusu əməliyyat olunub

"Barselona"nın futbolçusu əməliyyat olunub

Futbol
PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

Futbol
Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib

Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib

Futbol
Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Futbol
"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərməyin vaxtıdır"

"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərməyin vaxtıdır"

Futbol
Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Futbol
“Qarabağ”ın rəqibi futbolçusunu Almaniya klubuna satıb

“Qarabağ”ın rəqibi futbolçusunu Almaniya klubuna satıb

Futbol
"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verib

"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verib