Azərbaycanın MMA döyüşçüsü: “Rəqibimin qeyri-adi gücü yoxdur”

Azərbaycanın MMA döyüşçüsü: “Rəqibimin qeyri-adi gücü yoxdur”

“Rəqibimin qeyri-adi gücü yoxdur”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın MMA idmançısı Tural Rəhimov “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.

35 yaşlı döyüşçü cənubi koreyalı Kyun Pyu Kimlə keçirəcəyi görüşlə bağlı fikirlərini bildirib: “Hazırlığımızı tam bitirmişik. Birinci mərhələni Azərbaycanda, ikinci mərhələni ABŞ-da keçirdik. Son olaraq ölkəmizdə taktiki hazırlıq keçdik. Son mərhələdə çəki salmaqla məşğul olduq”.

Karatenin kyokuşinkay növü üzrə Dünya Kubokunun qalibi olan idmançı Kyun Pyu Kimlə döyüşdə yalnız qələbə barədə düşündüyünü söyləyib: “Rəqibim eyni üslubda çıxış edir. Məndən cüssəli ola bilər. Ancaq bu heç nəyi dəyişmir. “Rizin”də ilk dəfə vuruşacağam. Kyun Pyu Kimi tanımırdım. Düşünürəm ki, ondan da güclüləri ilə görüşmüşəm. Döyüş neçə raund davam edir-etsin, əsas odur ki, sonda mənim əlimi havaya qaldırsınlar. Sonluğu da rəqibin yerə uzanması və əlimin havada olması kimi təsəvvür edirəm”.

O, doğma publika önündə çıxış etməyin vəziyyəti çətinləşdirdiyi qənaətindədir: “Vətənimdə qələbə qazanmağa hazıram. Çoxları düşünür ki, "doğma divarlar" kömək edir. Ancaq öz ölkəndə vuruşmaq böyük məsuliyyət tələb edir. Başqa ölkədə özünü publikaya göstərməyə çalışırsan. Burada isə təzyiq olur, əzizlərin, yaxınların canlı izləyir. Hətta bir zərbə də buraxmaq istəmirsən”.

Üçqat dünya çempionu MMA-ya keçməsinin səbəbini də izah edib: “Uşaq vaxtı əvvəlcə cüdo ilə məşğul olmuşam. Sonra karateyə keçdim. Kyokuşinkay üzrə dünya və Avropa çempionatında mükafatçı olmuşam. Ancaq sonra gördüm ki, heç bir yenilik yoxdur. Bir müddət həvəskar kimi vuruşduqdan sonra MMA-da peşəkar kimi döyüşdüm”.

Tural Rəhimov özünü universal adlandırıb: “İstədiyim vaxt güləşirəm, istədiyim vaxt ayaq üstə döyüşürəm. Bunlar rəqibdən asılı olur. Onu əlavə edə bilərəm ki, 66 kq çəkidə yeni döyüşçü gəlir. Gözləyin, yaxşı olacaq”.

Qeyd edək ki, Tural Rəhimovla Kyun Pyu Kim arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
Tatyana Belova: "Milli Gimnastika Arenasındakı məşqlər bizim üçün böyük təcrübədir"

Tatyana Belova: "Milli Gimnastika Arenasındakı məşqlər bizim üçün böyük təcrübədir"

Fərdi
Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Maqnus Karlsen yenə dünya çempionu olub

Maqnus Karlsen yenə dünya çempionu olub

Fərdi
Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Fərdi
Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir

Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir

Fərdi
Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"