Ramin Nəsirli: "10 nəfərə qarşı oynamaq çətin idi, növbəti matçda qələbəyə inanıram"

Ramin Nəsirli: "10 nəfərə qarşı oynamaq çətin idi, növbəti matçda qələbəyə inanıram"

"10 nəfərə qarşı oynamaq çətin idi, növbəti matçda qələbəyə inanıram".

Bunu "QELEBE.AZ"a açıqlamasında 21 yaşadək Azərbaycan millisinin üzvü Ramin Nəsirli Bakıda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduqları AVRO-2025-in seçmə mərhələ matçı barədə danışarkən deyib.

21 yaşlı futbolçu rəqibin qırmızı vərəqə aldıqdan sonra müdafiəyə çəkildiyini və sıx oynadığını bildirib: "Beləliklə, işimiz bir az çətinləşdi. Komanda şəklində oyuna yaxşı hazırlaşmışdıq və qələbə qazanacağımıza da inanırdıq. Rəqibdən də üstün oynadıq. Lakin əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik və bu, sonda məğlubiyyətə gətirib çıxardı".

Yarımmüdafiəçi penaltini dəyərləndirə bilməmələri barədə danışıb: "Futbolda belə hallar olur. Qol olsaydı, qarşılaşmanın sonunda fərqli hesab görə bilərdik".

Nəsirli oktyabrın 17-də Lüksembra qarşı keçirəcəkləri görüş barədə də fikirlərini bölüşüb: "Ümid edirəm ki, ilk qalibiyyətimizi bu matçda əldə edəcəyik. Komanda olaraq çox yaxşı hazırlaşırıq. Qələbə qazanacağımıza inanıram".

Qeyd edək ki, "Azərsun Arena"da reallaşacaq Azərbaycan - Lüksemburq oyunu saat 18:00-da başlayacaq.

Futbol
"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

Futbol
Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Ağır dönəmdəyik"

"Qəbələ"nin baş məşqçisi: "Ağır dönəmdəyik"

Futbol
"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

Futbol
Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

Futbol
İspaniyada futbol çempionatı oktyabrın sonunda dayandırıla bilər

İspaniyada futbol çempionatı oktyabrın sonunda dayandırıla bilər

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Futbol
"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

Futbol
Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub