Emin Kürdov: "Sübut etdik ki, istənilən komanda ilə mübarizə aparacaq gücdəyik"

Emin Kürdov: "Sübut etdik ki, istənilən komanda ilə mübarizə aparacaq gücdəyik"

"Bakıda bu rəqibə qarşı daha yaxşı oynadıq və sübut etdik ki, istənilən komanda ilə mübarizə aparacaq gücdəyik".

"QELEBE.AZ" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov Astanada Qazaxıstana 2:3 hesabı ilə uduzduqları DÇ-2024-ün elit mərhələsinin oyunu barədə danışarkən deyib.

39 yaşlı qolkiper səfərdəki görüşün Bakıdakının davamı olduğunu bildirib: "Bu qarşılaşmalar sanki bir-birini təkrarladı. Sadəcə, bəxtimiz gətirmədi. İdmanda bəxt amili çox vacibdir. Hər iki oyunda bəxt onların tərəfində oldu. Zalda da onlar üçün yaxşı atmosfer yaradılmışdı. Hakimlər də öz “sözlərini” dedilər. Əsas da Bakıdakı matçı qeyd edərdim. Hesab 1:2 olanda fitlə görüşü saxladılar, ancaq rəqibin topu "oğurlayıb" qol vurmasına göz yumdular. Bunun müqabilində rəqibdən "feyr-pley" nümunəsi gözləyirdik, təəssüf ki, etmədilər".

Kürdov qarşıda iki matçlarının qaldığını sözlərinə əlavə edib: "Bakıda Rumıniyanı, səfərdə isə Niderlandı mütləq məğlub etməliyik ki, seçmə mərhələni ikinci pillədə başa vuraq. Düzdür, itkimiz olacaq. Edu bu dəfə cəzalı duruma düşdü, Rumıniyaya qarşı oyunu buraxacaq. Əvəzində Felipinyo komandanın yanında olacaq. Final mərhələsinə birbaşa vəsiqə qazanmaq istəyirdik. Amma qeyd etdiyim səbəblər buna imkan vermədi”.

Futbol
Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Futbol
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Futbol
“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

Futbol
Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə dayandırılıb

Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə dayandırılıb

Futbol
"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub

"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub

Futbol
“Neftçi”nin yoxlama görüşü ləğv olunub

“Neftçi”nin yoxlama görüşü ləğv olunub

Futbol
İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırılıb

İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırılıb

Futbol
Messi kubok matçında oynamayacaq

Messi kubok matçında oynamayacaq

Futbol
Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Futbol
AFFA PFL və klublara top verib

AFFA PFL və klublara top verib

Futbol
"Qarabağ"ın rəqibi isveçrəli yarımmüdafiəçini heyətinə qatıb

"Qarabağ"ın rəqibi isveçrəli yarımmüdafiəçini heyətinə qatıb

Futbol
"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"

"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"