Azərbaycan millisinin baş məşqçisi: “Daha yaxşı nəticə göstərə bilərdik”

Azərbaycan millisinin baş məşqçisi: “Daha yaxşı nəticə göstərə bilərdik”

“Düşünürəm ki, seçmə mərhələdə daha yaxşı nəticə göstərə bilərdik. Növbəti turnirlərdə uğurlu çıxışa ümid edirik”.

Bunu “Report”a açıqlamasında 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova AVRO-2024-ün seçmə mərhələsindəki çıxışlarını dəyərləndirərkən deyib.

Mütəxəssis Lüksemburqa 0:1 hesabı ilə məğlub olduqları ilk görüşü daha yaxşı keçirdiklərini düşünür: “Meydanda 90 dəqiqə “vuruşduq”. Sadəcə, 75-ci dəqiqədə ani səhvdən qol buraxdıq. Bizim də şanslarımız çox oldu, təəssüf ki, dəyərləndirə bilmədik. Səfərə yollanmamışdan bir həftə əvvəl aparıcı futbolçularımızdan biri zədələndiyi üçün heyətdən çıxarıldı. Fikrimcə, bu itki də çıxışımıza təsir göstərdi. Əks təqdirdə, Lüksemburqa qalib gələ bilərdik”.

Baş məşqçi ikinci matçda Xorvatiyaya 0:8 hesablı yenilgini rəqibin güclü olması ilə əlaqələndirib: “Təəssüf ki, qrupun favoriti Xorvatiyaya böyük hesabla uduzduq. Onlar çox güclü idilər, bizdən əvvəl Maltanı da 8:0 hesabı ilə məğlub etmişdilər”.

N.Qurbanova III turda Maltaya 1:4 hesablı məğlubiyyətin səbəbini isə fərdi səhvlərdə görür: “Son tur ərəfəsində Malta ilə Lüksemburqun hərəsinin 3 xalı var idi. Bu üzdən müdafiədən çox, hücumameyilli futbol oynadıq. Hətta hesabı da erkən qolla biz açdıq. İkinci qolu vurmaq şansımız da oldu, amma yararlana bilmədik. Adi vəziyyətlərdən, qapıçının səhvindən qollar buraxdıq”.

U-17-nin çalışdırıcısı oyunçuların hələ təcrübəsiz olduqlarını vurğulayıb: “Millilərin tərkibi 2007-2008-ci il təvəllüdlü futbolçulardan qurulmuşdu. Pandemiya dönəmində 2007-ci il təvəllüdlü qızlar çox az idi. Seçmə mərhələyə apardıqlarımızın əksəriyyəti 2008-ci il təvəllüdlü idi. Bu da oyunumuza mənfi təsir göstərdi. Bu, qızlar üçün yaxşı təcrübə oldu, səhvlərdən nəticə çıxardıq. Nəzərə alaq ki, onlar üçün ilk seçmə mərhələ oyunları idi”.

Qeyd edək ki, B Liqasının III qrupunda Xorvatiya 9 xalla birinci, Malta 6 xalla ikinci, Lüksemburq 3 xalla üçüncü yeri tutub. Qrupu son pillədə tamamlayan Azərbaycan millisi hesabına xal yazdıra bilməyib.

Futbol
Ukraynanın məşhur boksçusu futbol komandasında oynamaq istəyir

Ukraynanın məşhur boksçusu futbol komandasında oynamaq istəyir

Futbol
Azərbaycan Premyer Liqası: Tura "Neftçi"nin oyunu ilə yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Tura "Neftçi"nin oyunu ilə yekun vurulacaq

Futbol
"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

Futbol
Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Futbol
Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Futbol
Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"

"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"

Futbol
"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

Futbol
Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Futbol
Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Futbol
"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

Futbol
Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”