Yaponiya şəhəri qış olimpiadasına evsahibliyi etməklə bağlı namizədliyini geri götürüb
Yaponiyanın Sapporo şəhəri 2030-cu ildə keçiriləcək Qış Olimpiya Oyunlarına evsahibliyi etməklə bağlı namizədliyini geri götürüb.
"QELEBE.AZ"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Yaponiya Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamasita məlumat verib.
Funksioner 2034-cü ildə keçiriləcək qış olimpiadasına namizəd ola biləcəklərini söyləyib.
Yerli hakimiyyət orqanları 2030-cu ildəki yarışa hazırlaşmaq üçün vaxtlarının az olduğuna görə bu qənaətə gəliblər. Hətta yerli sakinlər də turnirin bu şəhərdə təşkilinə laqeyd yanaşıblar. Onların yarısı buna qarşı çıxıblar və yalnız 1/4-i təşəbbüsü dəstəkləyib.
Qeyd edək ki, Sapporo 1972-ci ildə Qış Olimpiya Oyunlarına evsahibliyi edib.

https://mail.qelebe.az//uploads/photo/yaponiya-sheheri-qish-olimpiadasina-evsahibliyi-etmekle-bagli-namizedliyini-geri-goturub.webp











