Azərbaycan millisinin oyununa təyinat alan hakim Bundesliqa nəhənglərinin matçını idarə edib

AVRO-2024-ün seçmə mərhələsində Estoniya - Azərbaycan matçını idarə edəcək Robert Şröder 2015-ci ildən beynəlxalq oyunlara təyinat alır.

"Report"un məlumatına görə, 38 yaşlı ədalət təmsilçisi ilk dəfə əsas yığmaların seçmə görüşündə baş hakim olacaq.

Almaniyalı FİFA referisi daha əvvəl U-21, U-19, və U-18 millilərinin yoldaşlıq matçlarını idarə edib.

Şröder cari mövsüm avrokuboklarda yalnız postsovet ölkələrinin komandalarının oyununda iş başında olub. O, UEFA Konfrans Liqasında “Debretsen” (Macarıstan) - "Alaşkert" (Ermənistan) və "Tvente" (Niderland) - "Riqa" (Latviya) qarşılaşmalarında ədaləti qoruyub.

Almaniya Bundesliqasına da təyinat alan referi bu növsüm Dortmund "Borussiya"sının "Bohum"la (1:1) heç-heçə etdiyi və "Bavariya"nın iki gün əvvəl "Frayburq"a 3:0 hesabı ilə qalib gəldiyi görüşü idarə edib.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram”  ​​​​​​​

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekord vurub

"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

"Bavariya"nın iki əsas müdafiəçisi Çempionlar Liqası oyununu buraxacaq

"Qarabağ" Avropada məğlubedilməz 6 komandadan biridir

“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub