"Murov Az Terminal"ın baş məşqçisi: "İlk "dördlük"də yer almaq istəyirdik, amma çempion olduq"

"Murov Az Terminal"ın baş məşqçisi: "İlk "dördlük"də yer almaq istəyirdik, amma çempion olduq"

"Ən azı ilk "dördlük"də yer almaq istəyirdik. Amma elə alındı ki, çempion olduq. Bu, əladır".

Bunu "Report"a açıqlamasında çimərlik voleybolu üzrə kişilərdən ibarət "Murov Az Terminal" komandasının baş məşqçisi İqor Olefir Türkiyədə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olmaları ilə bağlı danışarkən deyib.

Rusiyalı mütəxəssis yarışın yüksək səviyyədə təşkil edildiyini bildirib: "Təşkilatçılıq və matçların oynanıldığı məkan da yaxşı idi".

Azərbaycan millisinə də rəhbərlik edən baş məşqçi təlim-məşq toplanışına yollanacaqlarını söyləyib: "Növbəti il gənclər arasında Avropa çempionatı olacaq. Biz də bura hazırlaşırıq. Daha əvvəl Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) turnirinə qatılacağıq. Böyüklər MDB oyunları da daxil olmaqla, bir sıra yarışlarda qüvvəsini sınayacaqlar. Bir sözlə, yüksək səviyyəli turnirlər çoxdur".

İqor Olefir Azərbaycan çempionatını da keçirmək istədiklərini vurğulayıb: "Bunu unutmamalıyıq. Mübarizə 4 mərhələdən ibarət olacaq. Hətta ölkə kuboku da gerçəkləşəcək. Digər komandaların da qatılması üçün açıq çempionat təşkil ediləcək".

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır

Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub