“Sabah”ın idman direktoru: “Rabotniçki” ilə oyuna kimi toparlanmalıyıq”

“Sabah”ın idman direktoru: “Rabotniçki” ilə oyuna kimi toparlanmalıyıq”

“Hesab edirəm ki, “Rabotniçki” ilə oyuna kimi toparlanmalıyıq”.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov Şimali Makedoniyada təşkil olunan FİBA Avropa Kubokundakı çıxışları barədə danışarkən deyib.

Funksioner əvvəlcə qrup mərhələsinin ilk turunda Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub etdikləri qarşılaşmanı dəyərləndirib: “Hər bir oyununun öz hazırlıq qrafiki olur. “Donar”la qarşılaşmadan əvvəl yarım saat yığıncaq keçirdik. Bu görüşdə rəqibin güclü tərəfləri barədə danışıldı. Oyun gərgin alınsa da, sonda qələbə qazana bildik. “Donar”a qarşı sırf müdafiədən komanda oyunu göstərdik”.

İdman direktoru oyunda fərqlənən basketbolçuların adlarını sadalayıb: “Legionerlərimizdən Donovan Smit, Desmond Ronald Kembric və Artyoms Butyankovsu xüsusi qeyd etmək istərdim. Həm müdafiə, həm də hücum planında onlar çox yaxşı çıxış etdilər. Kivon Tirek Davenport, Maykl David Holton və Pavle Marçinkoviç də komandaya xeyir verdilər. Onlar növbəti görüşü daha yüksək səviyyədə keçirmək iqtidarındadırlar. Hər basketbolçu ilk oyunda tam qüvvəsi ilə mübarizə apara bilmir. Yerlilərdən isə Endar Poladxanlı və Şirzad Şirzadov baş məşqçinin tapşırığını yerinə yetirə bildilər”.

Elşən Yusubov bu gün yerli komanda “Rabotniçki” ilə keçiriləcək qarşılaşmaya da toxunub. O, qələbə qazanmaq arzusunda olduqlarını vurğulayıb: “Rəqibin ilk turda Rumıniya klubu “Rapid”lə görüşünü izlədik. Buxarestlilər turnirin favoritlərindəndirlər. “Rabotniçki”yə qarşı matçın da ikinci hissəsində parlaq oyun sərgiləyərək, 30 xallıq fərqlə (87:57) qalib gəldilər. Bu da “Rapid”in gücündən xəbər verir. Fikrimcə, bu gün bizi “Rabotniçki” ilə maraqlı duel gözləyir. Gözəl qarşılaşma olacaq, komandamız bütün gücünü ortaya qoyacaq”.

Qeyd edək ki, bu gün Skopyedə keçiriləcək “Rabotniçki” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Komanda
"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

Komanda
Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Komanda
AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb