Şahin Diniyev: “Azərbaycan çempionatları tarixinin ən maraqlı mövsümü keçir”

Şahin Diniyev: “Azərbaycan çempionatları tarixinin ən maraqlı mövsümü keçir”

“Bəlkə də Azərbaycan çempionatları tarixinin ən maraqlı mövsümü keçir”.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün geridə qalan 7 turunu dəyərləndirərkən deyib.

57 yaşlı mütəxəssis gərgin oyunlar keçdiyini söyləyib: “Hər kəs razılaşar ki, çox maraqlı çempionat keçir. Komandalar arasında səviyyə baxımından böyük fərq yoxdur. Təxminən bir-birilərinə yaxındırlar. İstənilən matçla bağlı öncədən proqnoz vermək çətindir. Çox yaxşı tendensiya yaranıb ki, artıq autsayder-lider anlayışı yoxdur. Hər bir komanda istənilən rəqibdən xal almaq iqtidarındadır. Sıradan matç yoxdur, hər oyun finala bərabərdir. Əvvəllər də gərgin alınan mövsümlər olub. Sadəcə, həmin vaxtlar lider və autsayderlər qrupu olub. Bu mövsüm belə qruplar yoxdur. Həm məşqçilər, həm futbolçular, həm də azarkeşlər üçün maraqlı mövsüm keçir”.

“Səbail” 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşmasına baxmayaraq, Ş.Diniyev hələ də istədikləri formada olmadıqlarını etiraf edib: “Səbail” öz yolu ilə davam edir. İstər uğuru, istərsə də uğursuzluğu eyni formada qəbul edirik. Yenidən qurulan heyətimiz var, 80-90 faiz dəyişiklik olub. Buna görə də potensialı açmaq üçün zamana ehtiyacımız var. Keçirilən hər oyun futbolçularda özünəinamı artırır”.

O, Premyer Liqanın VIII turunda “Sabah”la keçiriləcək ev matçına da toxunub. Diniyev rəqibin yüksək səviyyəli futbolçulara malik olduğunu vurğulayıb: “Bacarıqlı baş məşqçiləri var, işini bilən kollektivdir. Bəzi oyunlarda bəxtsizlik, fərdi səhvlər ucbatından xallar itiriblər. Ancaq “Sabah”ın gücü hamıya bəllidir. Bizi çətin görüş gözləyir. Digər matçlar kimi, bu da bizim üçün finala bərabər olacaq. Artıq nə bizə, nə də onlara asan rəqib var”.

Qeyd edək ki, sentyabrın 30-da “ASCO Arena”da keçiriləcək “Səbail” – “Sabah” görüşü saat 18:00-da başlayacaq.

Futbol
İtaliya DÇ-2022-də Tunisi əvəz edə bilər

İtaliya DÇ-2022-də Tunisi əvəz edə bilər

Futbol
Qətər komandası Dünya Çempionatını tərk edib

Qətər komandası Dünya Çempionatını tərk edib

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Futbol
Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Futbol
Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Futbol
"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

Futbol
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Futbol
Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

Futbol
AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

Futbol
Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Futbol
“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq