"Turan Tovuz"un 250 oyun keçirən kapitanı: "Heç kim onun rekordunu qıra bilməyəcək" - MÜSAHİBƏ

"Turan Tovuz"un 250 oyun keçirən kapitanı: "Heç kim onun rekordunu qıra bilməyəcək" - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının VII turunda "Sumqayıt"la qolsuz heç-heçə etdikləri oyun "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev üçün əlamətdar olub.

Azərbaycan çempionatlarında 250-ci matçına çıxan 30 yaşlı müdafiəçi yubiley görüşü və qarşıdakı hədəfləri ilə bağlı "Report"un suallarını cavablandırıb.

- "Sumqayıt"la heç-heçə etdiyiniz qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?
- Ağır oyun olacağını bilirdik. Rəqibə və bizə xallar lazım idi. Onlar əvvəlki matçda məğlub olmuşdular. Hər iki komanda xal qazanmağa çalışırdı. Bizim daha çox qol şansımız oldu. Amma səfərdə bir xal da pis nəticə deyil.

- Bu matç sizin üçün əlamətdar oldu. Çempionatda 250-ci qarşılaşmaya çıxdınız. Təəssüratlarınız necədir?
- Sözün düzü, oyun günü məlumatım yox idi. Bu gün mətbuatdan oxudum. Bir müddət zədəyə görə futboldan kənarda qalmışam. Bəlkə də daha çox matç ola bilərdi. Karyeram ərzində bu sayı artırmağa çalışacağam. Bu rəqəmə çatmaq gözəl hissdir.

- Bu rəqəmi artırmaq istədiyinizi dediniz. Rahid Əmirquliyevin 451 oyunluq rekordunu qırmaq ağlınızdan keçir?
- Rahid Azərbaycan futbolunun korifeyidir (gülür). Hamıya zədəsiz futbol arzulayıram. Bir ildən çox futbol oynamamışam. Amma belə hallar qaçılmazdı. Nə qədər nəsib olsa, o qədər də oynayacağam. Amma düşünürəm ki, bundan sonra Rahidin rekordunu heç kim qıra bilməyəcək.

- Ümumiyyətlə, neçə il futbol oynamağı qarşınıza məqsəd qoymusunuz?
- Bu barədə hansısa plan qurmamışam. Nə qədər gücüm var və komandama kömək edə bilirəmsə, oynamağa çalışacağam. Bunu gələcək göstərəcək.

- "Turan Tovuz" 7 turdan sonra 11 xalla 4-cü pillədə qərarlaşıb. Mövsüm başlayanda belə start gözləyirdiniz?
- 13 və 15 xal da ola bilərdi (gülür). Qarşılaşmalardan sonra deyirik ki, hansısa səhvi etməsəydik, daha çox xalımız ola bilərdi. Hər oyuna çıxanda xal və xallar qazanmağa çalışırıq. Qələbə qazana bilmiriksə, məğlub olmamaq üçün mübarizə aparırıq. Çempionatın sonunda hamımız nəticəni görəcəyik. Mövsümə pis başlamamışıq və bunun davamını gətirmək istəyirik.

- Bu mövsüm maksimum hədəf nə ola bilər? Avrokubok üçün oynaya bilərsiniz?
- Qarşımıza hansısa məqsəd qoyulmayıb. Amma hər oyunçu yaxşı nəticələr qazanmaq istəyir. Premyer Liqamızdakı bütün komandalar güclənib. Hər kəs bir-birindən xal ala bilir. Mövsüm çox ağır keçir. Çoxları avrokuboklara vəsiqə qazanmaq niyyətindədirlər. Mayda avrokuboklara gedib-getməyəcəyimizi görəcəyik.

- Növbəti turda "Neftçi"ni qəbul edəcəksiniz. Rəqib də yaxşı durumda deyil. Bu oyun haqqında nə deyə bilərsiniz?
- "Neftçi" ölkənin flaqmanıdır. Onların son oyunlarını izlədik. Yaxşı çıxış edirdilər. Premyer Liqaya yaxşı start verməyiblər. Amma çempionluğa oynayırlar və geniş heyətləri var. Bizi çox ağır oyun gözləyir. Yaxşı nəticə ilə azarkeşləri sevindirməyə çalışacağıq.

- Mövsümün sonunda klubla müqavilənizin müddəti başa çatır. Nəticədən asılı olmayaraq Tovuz təmsilçisində qalmaq istəyirsiniz?
- Bu barədə hələlik düşünməmişəm. Hər matça çıxanda komandaya xeyir verməyə çalışıram. Futbolçu bir yerdə xoşbəxtdirsə, orada qalmaq istəyər. Bu məsələni daha sonra danışacağıq.

Futbol
İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib

İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib

Futbol
Lionel Messi DÇ-2022-dən sonra PSJ-nin ilk oyununu buraxa bilər

Lionel Messi DÇ-2022-dən sonra PSJ-nin ilk oyununu buraxa bilər

Futbol
"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

Futbol
FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Futbol
Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Futbol
Braziliya millisinin baş məşqçisi istefa verib

Braziliya millisinin baş məşqçisi istefa verib

Futbol
"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

Futbol
KİV: "Liverpul" satışa çıxarılıb"

KİV: "Liverpul" satışa çıxarılıb"

Futbol
Futzal liqalarında püşkatmanın vaxtı bəlli olub

Futzal liqalarında püşkatmanın vaxtı bəlli olub

Futbol
Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub