FİFA agenti imtahanının xərclərini AFFA qarşılayıb

FİFA agenti imtahanının xərclərini AFFA qarşılayıb

FİFA agenti lisenziyası almaq istəyən şəxslər üçün imtahanın xərclərini AFFA qarşılayıb.

Bu barədə “QELEBE.AZ”a açıqlamasında FİFA agenti məsələləri üzrə məsul şəxs Nurlan Zeynalzadə deyib.

AFFA Hüquq Departamentinin əməkdaşı bildirib ki, seminar Azərbaycanda ilk dəfə təşkil edildiyindən, maraq yaratmaq üçün iştirakçılar imtahana ödənişsiz qatılıblar: “Sınaq imtahanını FİFA keçirdiyi üçün biz sualları və cavabları görə bilmirik. AFFA sadəcə, imtahanın təşkilatçısıdır, bunun şəffaf aparılmasına nəzarət edir və imtahandan keçən şəxslərə lisenziyanın təqdim olunması kimi məsələlərə baxır. İmtahanın xərclərini də AFFA qarşıladı. Əslində, digər federasiyalarda imtahan üçün kifayət qədər yüksək məbləğdə ödəniş olunur. Hətta bu, FİFA-nın təyin etdiyi lisenziya haqqından artıq məbləğdir. İnsanlarda maraq yaratmaq üçün bu addımı atmaq qərarına gəldik”.

Onun sözlərinə görə, imtahandan müvəffəqiyyətlə keçəcək şəxslər lisenziya haqqı ödəməklə FİFA agenti olacaqlar: “Onlar ali futbol qurumunun yeni qaydalarına əsasən, 600 dollar illik lisenziya haqqı ödəməli olacaqlar”.

Nurlan Zeynalzadə vurğulayıb ki, ali futbol qurumu növbəti imtahanın vaxtını hələ müəyyənləşdirməyib: “FİFA hələlik ildə iki imtahan nəzərdə tutub. Bu il aprel və sentyabrda aylarında oldu. FİFA ən azı üç ay öncədən imtahanın vaxtını elan edir. Bundan əvvəl isə milli assosiasiyalara məlumat verir ki, hazırlıqlara başlanılsın”.

Futbol
"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

Futbol
Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

Futbol
Yeddinci liqa klubu ulduz futbolçuya təklif göndərib

Yeddinci liqa klubu ulduz futbolçuya təklif göndərib

Futbol
“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

Futbol
Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Futbol
“Real” braziliyalı hücumçunun transferini razılaşdırıb

“Real” braziliyalı hücumçunun transferini razılaşdırıb

Futbol
Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Futbol
"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi "Olimpiakos"la oyunu buraxacaq

"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi "Olimpiakos"la oyunu buraxacaq

Futbol
UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

Futbol
DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

Futbol
Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Futbol
"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir