Avropa Liqası: "Qarabağ" "Molde" ilə oyunda hesabı açıb - YENİLƏNİB-4

Avropa Liqası: "Qarabağ" "Molde" ilə oyunda hesabı açıb - YENİLƏNİB-4

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.

“Report”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 56-cı dəqiqədə Azərbaycan çempionunun futbolçusu Leandro Andrade olub.

21:46

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada ilk yarıdan sonra hesab 0:0-dır.

21:31

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda birinci hissə başa çatıb.

“Report”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıb.

20:45

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu başlayıb.

“Report”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş saat 20:45-də start götürüb.

Start fitindən əvvəl Liviyada baş vermiş daşqın və Mərakeşdə yaşanmış zəlzələ nəticəsində həlak olanların xatirəsi dəqiqəlik sükutla yad edilib.

Qarşılaşmanı şotlandiyalı hakim Con Biton idarə edir.

19:38

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda üz-üzə gələcək "Qarabağ" və Norveçin "Molde" klublarının start heyətləri bəlli olub.

"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Qarabağ": 99. Andrey Lunyov, 2. Mateu Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo

"Molde": 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus VolffEikrem (k)

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Futbol
Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Futbol
DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb

DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb

Futbol
"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

Futbol
Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Futbol
UEFA Ukrayna millisinin baş məşqçisini cərimələyib

UEFA Ukrayna millisinin baş məşqçisini cərimələyib

Futbol
İngiltərədə ilin futbolçusu açıqlanıb

İngiltərədə ilin futbolçusu açıqlanıb

Futbol
Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Futbol
"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

Futbol
Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Futbol
Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Futbol
Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında erkən qol vurulub

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında erkən qol vurulub