“Qarabağ”ın sabiq legioneri: “Molde”ni məğlub edəcək gücdədirlər”

“Qarabağ”ın sabiq legioneri: “Molde”ni məğlub edəcək gücdədirlər”

“Qarabağ” "Molde”ni məğlub edəcək gücdədir”.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Vild-Donald Gerye Azərbaycan çempionunun UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Norveç klubu “Molde” önündə şanslarını dəyərləndirərkən deyib.

2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde”yə qarşı Kiprdə keçirilən görüşün iştirakçısı olan haitili müdafiəçi “Qarabağ”ın bu dəfə qələbə qazanmaq imkanının daha böyük olduğunu düşünür: “Həmin vaxt bəzi şərtlər matçın Kiprdə keçirilməsinə səbəb olmuşdu. Oyuna görə heç də rəqibdən zəif deyildik. “Qarabağ” indi qələbə qazanmaq üçün hər şeyə malikdir. Çünki matç Bakıda olacaq”.

34 yaşlı cinah oyunçusu Almaniya klubu “Bayer 04”ü bu qrupda digərlərindən fərqləndirib: “Bayer 04” oyunlara ciddi yanaşsa, qrup birincisi olacaq. Digər komandalar isə ikinci yer uğrunda mübarizə aparacaqlar. “Molde” və “Hakken” də “Qarabağ” kimi öz ölkələrinin çempionlarıdır. Buna baxmayaraq, “Qarabağ”ın qrupda ikinci yeri tutmaq şansı digərlərindən heç də az deyil”.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Futbol
Tomas Bax koronavirusa yoluxub

Tomas Bax koronavirusa yoluxub

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Futbol
Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"la oyundan sonra toparlanmağa çalışdıq"

"Nant"ın futbolçusu: "Qarabağ"la oyundan sonra toparlanmağa çalışdıq"

Futbol
Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Futbol
“Kəpəz” komandası Türkiyəyə yollanıb

“Kəpəz” komandası Türkiyəyə yollanıb

Futbol
Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Futbol
AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

Futbol
Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Futbol
Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Futbol
Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY

Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY

Futbol
Azərbaycan yığmasına 18 oyunçu çağırılıb

Azərbaycan yığmasına 18 oyunçu çağırılıb