Şahruddin Məhəmmədəliyev: “Abubakar və İkardi kimi böyük futbolçulara qarşı oynamağı sevirəm”

Şahruddin Məhəmmədəliyev: “Abubakar və İkardi kimi böyük futbolçulara qarşı oynamağı sevirəm”

“Vensan Abubakar və Mauro İkardi kimi böyük futbolçulara qarşı oynamağı sevirəm. Hücumçulardan çəkinmirəm”.

“Report” xəbər verir ki, bunu Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olunan Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev komandanın məşqindən əvvəl mətbuat nümayəndələrinə açıqlamasında deyib.

29 yaşlı qolkiper yeni kluba uyğunlaşmaqda çətinlik çəkmədiyini söyləyib: “Ötən həftə mənim üçün xüsusi idi. Çünki ilk dəfə azarkeşlərimizlə bir araya gəldim. Onları daha əvvəldən izləyirdim. “Adana Dəmirspor”un bir parçası olduğum üçün fəxr edirəm. Mövqeyimdə güclü rəqabətin olduğunu bilərək gəlmişəm. Üzərimə düşən öhdəlik çox çalışmaqdır. Uyğunlaşma dönəmi mənim üçün asan keçir. Çünki Azərbaycan və Türkiyədə insanlar bir-birilərinə çox bənzəyirlər. Bura gəlməklə bağlı qərarı verərkən çətinlik çəkmədim. Superliqanı yaxından izləyirdim”.

Ş.Məhəmmədəliyev Türkiyə Superliqasında çıxış edən qapıçılarla bağlı da düşüncələrini bölüşüb: “Heç bir qapıçını özümə kumir saymıram. Fernando Muslera uzun müddətdir yüksək səviyyədə çıxış edir. Dostum İbrahim Şehiç də çox yaxşıdır”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”la 2 illik müqavilə bağlayıb.

Futbol
"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

Futbol
"Zirə" klubunda yeni məşqçi təyin olunub

"Zirə" klubunda yeni məşqçi təyin olunub

Futbol
"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

Futbol
Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Futbol
FIFA Seneqal Futbol Federasiyasını cərimələyib

FIFA Seneqal Futbol Federasiyasını cərimələyib

Futbol
Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

Futbol
Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Futbol
AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

Futbol
"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

Futbol
"Mançester Yunayted"in niderlandlı futbolçunu ala bilməməsinin səbəbi açıqlanıb

"Mançester Yunayted"in niderlandlı futbolçunu ala bilməməsinin səbəbi açıqlanıb

Futbol
Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib