İranın Paris Olimpiadasında iştirakdan məhrum edilməsi tələb edilir
Bir qrup şəxs Beynəlxalq Olimpiya Komitəsindən (BOK) İranı idmanda ayrı-seçkiliyə yol verməmək prinsipini pozduğuna görə 2024-cü il Paris Olimpiadasında iştirakdan kənarlaşdırmağı xahiş edib.
APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd edək ki, İranda qadınların güləş, boks, üzgüçülük, voleybol və gimnastika ilə məşğul olması qadağandır.

https://mail.qelebe.az//uploads/photo/iranin-paris-olimpiadasinda-ishtirakdan-mehrum-edilmesi-teleb-edilir.webp
