Belçika yığmasının futbolçusu: Həm Azərbaycan, həm də bizim üçün çətin olacaq

Belçika yığmasının futbolçusu: Həm Azərbaycan, həm də bizim üçün çətin olacaq

"Hazırlıq səviyyəm yaxşıdır. Komandanda da oyunlarda oynayırdım".

QELEBE.AZ xəbər verir ki, bu sözləri İngiltərənin "Aston Villa" komandasının və Belçika millisinin futbolçusu Yuri Tilemans deyib.

AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə mətbuat konfransında danışan futbolçu sabahkı görüş haqda fikirlərini bildirib: "Meydanın keyfiyyəti hər iki komanda üçün eynidir. Məncə, həm biz, həm də Azərbaycan üçün çətin olacaq. Nəzərə alsaq ki, hər iki komanda topla oynamağı xoşlayır, ona görə də çətinliyi gözləmək olar. Kevin De Bruynenin olmamasına gəlincə, doğrudur, çətindir, amma komandamızda kifayət qədər yaxşı futbolçu var. Onlarla birlikdə hücumda fürsətlər yaratmağa çalışacağıq. Gənclər də məşqlərdə hər şeyi edirlər ki, əsas heyətə düşsünlər. Məşqlərimiz intensiv şəkildə keçir. Hər kəs əsas heyət uğrunda oynayır".

Yuri millidən komanda yoldaşı və Belçika yığmasının kapitanı Romelu Lukakunun durumuna da şərh edib: "Dəyişən bir şey yoxdur. Lukaku yenə də yaxşı çıxış etməyə çalışır. Bacarıqlarını və keyfiyyətlərini ortaya qoyacağına əminəm".

Futbol
"Qarabağ"ın rəqibi "Marsel"in hücumçusunu transfer edir

"Qarabağ"ın rəqibi "Marsel"in hücumçusunu transfer edir

Futbol
Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Futbol
İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

Futbol
"Olimpiakos" yerli müdafiəçi ilə yollarını ayırıb

"Olimpiakos" yerli müdafiəçi ilə yollarını ayırıb

Futbol
Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Futbol
Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

Futbol
"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

Futbol
“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Futbol
Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb