Aftandil Hacıyev: “Qalatasaray”la müqavilədə akademiyalar arasında əməkdaşlıq da yer alacaq” - MÜSAHİBƏ

Aftandil Hacıyev: “Qalatasaray”la müqavilədə akademiyalar arasında əməkdaşlıq da yer alacaq” - MÜSAHİBƏ

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası bu günlərdə Türkiyədə beynəlxalq turnirdə iştirak edib.

Ənənəvi olaraq hər il təşkil olunan “Kartepe Kuboku”nun beşinci ilində yarışa qatılan Ağdam təmsilçisi U-15-lərin mübarizəsində birinci yeri tutub.

Klub nümayəndələri səfər zamanı Türkiyənin “Qalatasaray” klubunun bazasında olublar.

“Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyev “QELEBE.AZ”a müsahibəsində həm komandanın turnirdəki çıxışını dəyərləndirib, həm də “Qalatasaray” akademiyasının rəsmiləri ilə keçirilən görüşlə bağlı məlumat verib.

- Türkiyə səfəriniz necə keçdi?
- Avqustun 31-dən sentyabrın 4-dək Türkiyədə olduq. Bu müddətdə U-15 komandamız ilk dəfə beynəlxalq turnirdə iştirak etdi. Məqsədimiz bu yaş qrupuna daha çox diqqət ayırmaqdır. Çünki bu, perspektiv vəd edən komandadır. Buna görə də oradakı turnirə qoşulmaq qərarına gəldik.

- “Kartepe Kuboku” turnirindəki çıxışınız yəqin ki, ürəyinizcə oldu...
- “Qarabağ” akademiyasının komandası beynəlxalq turnirdə nəticə qazanmağı bacardı. Kocaelidəki yarışda 4 oyun keçirdik. Qrupda baş tutan 3 matçın ardından finala yüksəldik. Həlledici qarşılaşmada isə Kocaelinin komandasına qalib gəldik.

- Orada olduğunuz müddətdə “Qalatasaray”ın akademiyasına da baş çəkdiniz. İstanbul təmsilçisinin rəsmiləri ilə görüşünüz necə keçdi?
- Məlumdur ki, əsas komandamızın “Qalatasaray”la əməkdaşlığı var. Bu əməkdaşlığı akademiya səviyyəsində də davam etdirməyi fikirləşirik. Görüşün baş tutmasında məqsəd də bu idi. Həm İdarə Heyətinin, həm akademiyanın koordinatoru ilə, eyni zamanda, texniki işlərə baxan rəhbərlə görüşümüz oldu. Bütün bazanı gəzdirdilər. Gələcək əməkdaşlıq barədə söhbətlərimiz oldu.

- Əməkdaşlıq çərçivəsində nələr nəzərdə tutulacaq?
- Yaxın gələcəkdə hər iki klubun prezidentlərinin görüşü olmalıdır. Orada bütün məsələlər müzakirə olunacaq. Müqavilədə akademiyalar arasında əməkdaşlıq da yer alacaq. Turnirlər, oyunçuların və məşqçilərin gediş-gəlişi, akademiya səviyyəsində yoldaşlıq görüşləri, “Qalatasaray”a təklif olunan turnirlərdə “Qarabağ”ın da iştirakı kimi məsələlər əməkdaşlıqda qeyd olunacaq. Getdikcə daha nüfuzlu yarışlara qatılacağıq.

- Türkiyə və Azərbaycandakı futbol akademiyalarının infrastrukturunda fərq böyükdür?
- “Qalatasaray”ın Florya bölgəsində kifayət qədər böyük sahəsi var. Həm əsas komanda, həm də akademiyanın uşaqları eyni yerdə məşq edirlər. Amma meydançaların sayı kifayət qədər çoxdur. Hərəsinin öz məşq meydançası var. “Qalatasaray”da olan şərait uşaqların gələcəkdə böyük futbolçu olmalarına imkan yaradır. Təbii ki, Avropada bundan da yaxşı şəraitə malik akademiyalar mövcuddur.

- Beynəlxalq turnirdə çempion olmağınız orada necə qarşılandı?
- Turnirdə 10 yaşdan 15 yaşa kimi çox sayda komanda var idi. “Kartepe Kuboku” böyük nüfuza malik turnirdir. Artıq 5-ci dəfə keçirilirdi və kifayət qədər iştirakçı var idi. Bir neçə adlı-sanlı komanda da müxtəlif yaş qruplarında mübarizə apardı. Rumıniyadan, İrandan gələnlər var idi. Bizim belə bir turnirdə iştiraka ehtiyacımız var idi. Yarışa qatılanlar bizi peşəkar komandaya oxşatdılar. Futbolçularımız həm komanda şəklində, həm də fərdi davranışla nümunə idilər.

- “Qalatasaray”dan başqa hansısa klubla əməkdaşlıq barədə söhbətlər olmadı?
- Düzü, bəzi klubların rəhbər şəxsləri ilə görüşlərimiz oldu. Onlardan biri də Fransanın “Lion” klubunun U-15 komandasının idarəçisi idi. Gələcəkdə onlarla da sıx əlaqədə olacağıq.

Futbol
Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Futbol
"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

Futbol
FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

Futbol
FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

Futbol
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Futbol
Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Futbol
"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

Futbol
Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Futbol
Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Futbol
"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb