Azərbaycan boksçuları Avropa birinciliyini 4 medalla başa vurublar

Azərbaycan boksçuları Avropa birinciliyini 4 medalla başa vurublar

Azərbaycan boksçuları Sloveniyanın Maribor şəhərində məktəblilər arasında keçirilən Avropa birinciliyini 4 medalla başa vurublar.

“QELEBE.AZ” xəbər verir ki, 9 gün davam edən yarışda yığma üzvləri 2 qızıl, 2 bürünc medal qazanıblar.

Şahin Aslanov 52 kq çəki dərəcəsində Avropa çempionu tituluna yiyələnib. O, finalda Nikolay Nikolayevi (Bolqarıstan) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Millinin ən ağırçəkili boksçusu Səftər Məmmədzadə (90 kq) də eyni uğura imza atıb. İdmançımız həlledici dueldə ukraynalı Yosip-Vladislav Kozakeviçi üstələyib - 5:0 (29:28, 29:28, 30:27, 30:26, 29:28).

Bürünc medalları Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) qazanıblar.

Ümumilikdə 32 ölkədən 380 boksçunun qatıldığı yarışda oğlanlardan ibarət Azərbaycan millisi 4 medalla Avropada dördüncüsü olub. Qitənin ən yaxşı komandası adına 12 medalla Ukrayna (6 qızıl, 1 gümüş, 5 bürünc) sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan yığması 2022-ci ildə Türkiyədə keçirilən Avropa birinciliyində 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdi.

Fərdi
Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"

Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"

Fərdi
Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Fərdi
Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Fərdi
Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Fərdi
"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

Fərdi
Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Fərdi
Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb