UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

A Liqasının 2-ci qrupunda Portuqaliya İspaniya ilə 1-ci yer, İsveçrə isə Çexiya ilə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb. İspaniyalılar səfər, isveçrəlilər ev qələbəsi ilə istəyinə çatıb. Çexiya isə A Liqasını tərk edib.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Səfərdə qolsuz bərabərliyə nail olan qonaqlar pley-offa adlayıb.

İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutub. İslandiya səfərdə Albaniyanın qonağı olub. Qarşılaşma heç-heçə ilə yekunlaşıb.

4-cü qrupda səfərdə Norveçə qalib gələn Serbiya yığması həm A Liqasına, həm də pley-offa vəsiqə əldə edib. Qrupun digər matçında Sloveniya İsveçlə heç-heçə edərək, B Liqasındakı yerini qoruyub. Meydan sahibləri isə aşağı diviziona düşüb.

Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni daha əvvəl təmin etmiş Yunanıstan seçməsi evdə Şimali İrlandiyanı məğlub edib. Kosovo doğma meydanda Kipri darmadağın edərək, C Liqasında qalıb. Qonaqlar isə sözügedən divizionu tərk edib.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

27 sentyabr

A Liqası

2-ci qrup

22:45. Portuqaliya - İspaniya - 0:1

Qol: Alvaro Morata, 88

22:45. İsveçrə - Çexiya - 2:1

Qollar: Remo Froyler, 29, Brel Embolo, 30 - Patrik Şik, 45

Xal durumu: İspaniya - 11, Portuqaliya - 10, İsveçrə - 9, Çexiya - 4

B Liqası

22:45. Ukrayna - Şotlandiya - 0:0

22:45. İrlandiya - Ermənistan - 3:2

Qollar: Con İqan, 18. Maykl Obafemi, 52. Robbi Breydi, 90+1 (pennalti) - Artak Daşyan, 71. Eduard Spertsyan, 73

Qırmızı vərəqələr: Ohanes Ambartsumyan, 89. Artak Daşyan, 90 (hər ikisi Ermənistan)

Xal durumu: Şotlandiya - 13, Ukrayna - 11, İrlandiya - 7, Ermənistan - 3

2-ci qrup

22:45. Albaniya - İslandiya - 1:1

Qollar: Ermir Lenyani, 35 - Mikael Anderson, 90+7

Qırmızı vərəqə: Aron Qunnarsson, 11 (İslandiya)

Xal durumu: İsrail - 8, İslandiya - 4, Albaniya - 2, Rusiya* - 0

4-cü qrup

22:45. İsveç - Sloveniya - 1:1

Qollar: Emil Forsberq, 42 - Benyamin Şeşko, 28

22:45. Norveç - Serbiya - 0:2

Qollar: Duşan Vlahoviç, 42. Aleksandar Mitroviç, 54

Xal durumu: Serbiya - 13, Norveç - 10, Sloveniya - 6, İsveç - 4

C Liqası

2-ci qrup

22:45. Yunanıstan - Şimali İrlandiya - 3:1

Qollar: Dimitris Pelkas, 14. Giorqos Masuras, 55. Petros Mantalos, 80 - Şeyn Leyveri, 18

22:45. Kosovo - Kipr - 5:1

Qollar: Florent Musliya, 22. Donat Rudani, 45+1. Elbasan Raşani, 47. Vedat Muriki, 52; 84 - Valenten Roberj, 81

Xal durumu: Yunanıstan - 15, Kosovo - 9, Şimali İrlandiya - 5, Kipr - 5.

Futbol
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Futbol
UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

Futbol
Canni De Byazi: "Bakıda da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan"

Canni De Byazi: "Bakıda da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan"

Futbol
"Nant" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Nant" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
“Qarabağ”ın oyununda bir dəqiqəlik sükut olub

“Qarabağ”ın oyununda bir dəqiqəlik sükut olub

Futbol
Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Futbol
"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
2022-ci ildə ən çox qol vuran futbolçular bəlli olub

2022-ci ildə ən çox qol vuran futbolçular bəlli olub

Futbol
"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

Futbol
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub