Adrian Mutu: “Beşiktaş” itirəcəyimiz heç nəyin olmadığını bilməli və diqqətli olmalıdır"

Adrian Mutu: “Beşiktaş” itirəcəyimiz heç nəyin olmadığını bilməli və diqqətli olmalıdır"

“Beşiktaş” itirəcəyimiz heç nəyin olmadığını bilməli və diqqətli olmalıdır".

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin “Beşiktaş” klubuna qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Bilirik ki, bizi çətin oyun gözləyir. İki qol fərqini aradan qaldırmalıyıq. Baxmayaraq ki, çox güclü rəqiblə qarşılaşacağıq. “Beşiktaş”a rəqib olduğumuz zaman hamı bizi siyahıdan silmişdi. Futbolda hər şey mümkündür. Bura məğlub kimi gəlsək də, qələbə qazanmaq istəyirik. Klubumuzun dəyərlərinə hörmətlə yanaşmaq istəyirik. Normalda bu cür komandalarla Konfrans Liqasında yox, Çempionlar Liqasında qarşılaşırsan”.

Baş məşqçi cavab matçında heyətdə ciddi dəyişikliklər olmayacağını söyləyib: “Zədəli futbolçuları çıxmaq şərtilə eyni heyət olacaq. Heyətimiz elə də geniş deyil. Yeni transferlərin də meydana çıxması gözləniləndir. Həm avrokuboklarda, həm də çempionatda yaxşı çıxış etmək üçün daha geniş heyətin olmalıdır. Düşdüyümüz vəziyyətə uyğunlaşmağa və bundan yaxşı şəkildə çıxmağa çalışırıq. Buradayıqsa, hər görüşə qələbə üçün gəlmişik”.

Mutu oyunöncəsi məşq keçməyə çox vaxtlarının olmadığını vurğulayıb: “Səbail”lə oyundan sonra bərpa məşqinə bir gün vaxtımız oldu. Ondan sonra bu gün ilk dəfə tam şəkildə meydanda məşqə çıxacağıq. Bakıya dönüşümüz cümə gününə planlaşdırılır. “Sabah”la çempionat oyununun vaxtı dəyişdirilməsə, həmin matç öncəsi də eyni vəziyyət olacaq”.

O, Bakıdakı matçın ikinci hissəsində sərgilənən performansı İstanbulda görmək istədiyini deyib: “İlk görüşün birinci hissəsində də komanda əlindən gələni edirdi. Amma komandamdan ikinci hissədəki mübarizəni gözləyəcəyəm. Sabah öz üslubumuzda oyun göstərməyə çalışacağıq. Rəqibin kimliyindən asılı olmayaraq, eyni üslubda davam etmək lazımdır. İkinci hissədə göstərdik ki, futbol oynaya bilirik”.

Qeyd edək ki, avqustun 17-də “Beşiktaş” stadionunda keçiriləcək “Beşiktaş” - “Neftçi” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. “Neftçi Arena”dakı ilk matçda qonaq komanda 3:1 hesablı qələbə qazanıb.

Futbol
“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq

Futbol
Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Futbol
Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Futbol
İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıb

İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Futbol
"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Azərbaycanın cüdo yığmasının dünya çempionatındakı medal sıralamasında mövqeyi bəlli olub

Azərbaycanın cüdo yığmasının dünya çempionatındakı medal sıralamasında mövqeyi bəlli olub

Futbol
“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

Futbol
"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

Futbol
"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb

"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb

Futbol
"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub