Sərxan Hacıyev: "Şahdağ" stadionla bağlı təminat verib, "Dinamo"nun harada oynayacağı bəlli deyil"

Sərxan Hacıyev: "Şahdağ" stadionla bağlı təminat verib, "Dinamo"nun harada oynayacağı bəlli deyil"

"Şahdağ" komandası noyabrın sonlarına qədər Qusarda yeni stadionun tikintisinin başa çatacağına dair təminat verib. Hələlik ev oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirəcəklər. "Dinamo" ilə bağlı isə konkret hansısa stadionun adını çəkə bilmirik. Amma Bakıdakı arenalardan birində oynayacaqlar".

Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev II Liqada iştirak edəcək klublarla bağlı qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, bir neçə komandanın bu turnirdə mübarizə aparmaq üçün Peşəkar Futbol Liqasına və milli assosiasiyaya müraciət etdiyini söyləyib.

Baş katib həmin klublarla tanışlıq məqsədilə görüşlərin də təşkil edildiyini diqqətə çatdırıb: "Qusarda yeni tikiləcək stadionda müəyyən işlər görülüb, proses hazırda da davam etdirilir. İnvestorlar tərəfindən idman obyektinin tikilməsi bizi sevindirir. Qusar futbol ənənəsi olan regiondur. Buna görə İcraiyyə Komitəsi bu komandaya müsbət rəy verib. "Dinamo"nun çempionata gəlməsində əsas məsələlərdən biri də millinin futbolçuları ilə bağlıdır. Həmin oyunçuların həqiqi hərbi xidmətdə olduqları müddətdə eniş yaşamamaları üçün "Dinamo"da çıxış imkanı yaradılacaq. MOİK komandası da bizə bu məsələdə kömək göstərir. Amma müəyyən məsələlərdə say məhdudluğu var. Perspektivli oyunçuların hamısı MOİK-ə gələ bilmirlər".

Futbol
PFL prezidenti VAR sistemi ilə bağlı Almaniyaya gedib

PFL prezidenti VAR sistemi ilə bağlı Almaniyaya gedib

Futbol
“Qarabağ” dünya rekordçularına çatıb

“Qarabağ” dünya rekordçularına çatıb

Futbol
Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Futbol
Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Futbol
Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir

Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir

Futbol
Ukraynanın məşhur boksçusu futbol komandasında oynamaq istəyir

Ukraynanın məşhur boksçusu futbol komandasında oynamaq istəyir

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
Tadevosyan: "Federasiya Ermənistanda futbolun inkişafından başqa, hər işlə məşğuldur"

Tadevosyan: "Federasiya Ermənistanda futbolun inkişafından başqa, hər işlə məşğuldur"

Futbol
"Kəpəz" fransalı hücumçunun keçidini açıqlayıb

"Kəpəz" fransalı hücumçunun keçidini açıqlayıb

Futbol
"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

Futbol
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Futbol
"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq