Şenol Günəş: “Neftçi” hazırda Azərbaycanın ən dəyərli komandasıdır”

Şenol Günəş: “Neftçi” hazırda Azərbaycanın ən dəyərli komandasıdır”

“Neftçi” futbolçularının transfer qiymətlərinə görə, hazırda Azərbaycanın ən dəyərli komandasıdır”.

“Report”un məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransında deyib.

71 yaşlı mütəxəssis komandasını çətin oyun gözlədiyini bildirib: “Bakıda olduğumuz üçün çox xoşbəxtik. Hər iki komanda “ağ-qara”dır. Həyat bəzən belə qarşılıqlı mühit yaradır. “Neftçi” ilə əvvəllər qarşılaşmaq istəyirdik, bu dəfə qismət oldu. Mərhəmətli, cəsur olmaqla başqalarına yuxarıdan aşağı baxmaq fərqlidir. Hər rəqib önəmlidir. Maddi durumuna və infrastrukturuna görə, komandalar fərqli yerlərdə ola bilərlər. Amma qələbə meydanda qazanılır. Bu gün uğurlu olan komanda sabah uğursuzluğa düçar ola bilər və ya özündən qat-qat güclü komandaya qalib gələ bilərsən. Hər bir futbolçu ən yaxşı nəticəni istəyir. Futbolda bəzən sürprizlər olur. Azərbaycanda futbol əvvəlki illərlə müqayisədə çox inkişaf edir. “Neftçi”nin 9 dəfə ölkə çempionluğu var, avrokuboklarda çıxış edir. “Qarabağ” və “Sabah” da avrokuboklarda mübarizə aparırlar. Futbol və infrastruktur baxımından Azərbaycan futbolu çox yaxşı durumdadır. “Neftçi” qardaş ölkə komandası olsa da, sabah meydana qələbə üçün çıxacağıq”.

O, “Beşiktaş”ın Bakıda çox sayda azarkeşlərinin olduğunu söyləyib: “Bunu “Sabah”la xeyriyyə oyununda da gördük. Avropada da azarkeşlərimiz var. Onlar üçün yaxşı komanda formalaşdırmağa çalışırıq. Azarkeşlərin matçı dostluq içində izləmələrini istəyirəm. Petardaların aradan qaldırılmasını istəyirəm. Nəfəs alarkən belə, insanı boğur. Üstəlik, bu, maddi baxımdan da zərər vurur. Görüntü olaraq gözəl görünə bilər, amma onların təbəssümü bu fişənglərdən daha yaxşıdır. Onlara layiq komanda olmağa çalışırıq. Burada neqativ bir halın olacağına inanmıram. Çünki qardaş ölkədəyik”.

Şenol Günəş “Neftçi”də fərqlənən futbolçuların adlarını da sadalayıb: “Neftçi”nin keçmişdə uğurları var. Amma “Qarabağ” və “Sabah” kimi iddialı komandalar da var. “Sabah” son vaxtlar yaxşı transferlər edib. “Qarabağ”dan aldığı oyunçular da var. Futbolu pozitiv oynamağa çalışan, rəqibə də çətin anlar yaşadan komanda olduğunu bilirəm. “Neftçi”nin “Tirana”dan güclü olduğunu əminliklə deyə bilərəm. Orta sahədə Emin Mahmudov, hücumda Lebon, Ozobiç fərqlənən oyunçulardır. Qara Qarayev də oynamasa da, yaxşı futbolçudur. Demək olar ki, bütün futbolçuları yaxşıdır”.

Baş məşqçi keçmişdə Azərbaycandan təkliflərinin olduğunu gizlətməyib: “Çox transferə meyilli məşqçi deyiləm. Azərbaycanda olmaq sevindiricidir. Hazırda hansısa komandaya getmək kimi niyyətim yoxdur. Amma keçmişdə Azərbaycandan təkliflərim olub. Buradan futbolçu və ya məşqçilər Türkiyəyə gedə bilərlər. Bir az iç-içə olsaq, isti münasibətləri qarşılıqlı əlaqələr içində inkişaf etdirə bilərik. Bizdə maliyyə, bazalar daha yaxşıdır. İndi “Neftçi” ilə sabahkı görüşü düşünürük. Biz onların, onlar da bizim zəif tərəflərimizdən yararlanmağa çalışacaqlar”.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.

Futbol
"Barselona"nın kapitanı klubdan ayrılmaqla bağlı fikrindən daşınıb

"Barselona"nın kapitanı klubdan ayrılmaqla bağlı fikrindən daşınıb

Futbol
Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Futbol
Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib

Futbol
Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir

Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir

Futbol
“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

Futbol
FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

Futbol
“Çelsi” Qrem Potterin razılığını alıb

“Çelsi” Qrem Potterin razılığını alıb

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

Futbol
UEFA "Qarabağ"dan reportaj hazırlayıb

UEFA "Qarabağ"dan reportaj hazırlayıb

Futbol
Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Futbol
"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

Futbol
"Qarabağ"ın kapitanı yenidən zədələnib

"Qarabağ"ın kapitanı yenidən zədələnib