“Sabah”ın FİBA Avropa Kubokunda rəqibləri müəyyənləşib
“Sabah” basketbol klubunun FİBA Avropa Kubokunda 2023/2024 mövsümünün təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.
“Report” xəbər verir ki, Almaniyada baş tutan püşkə əsasən, Azərbaycan çempionu A qrupunda qərarlaşıb.
Avropa Kubokunun debütantı “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedə keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

https://mail.qelebe.az//uploads/photo/sabahin-fiba-avropa-kubokunda-reqibleri-mueyyenleshib.webp











