Konfrans Liqası: “Qarabağ”ın mümkün rəqibləri bilinib
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
QELEBE.AZ saytının məlumatına görə, Azərbaycan klublarının mümkün rəqibləri də bəlli olur.
Avropa Liqasında çıxış edən “Qarabağ” pley-ofda qarşılaşa biləcəyi rəqibi tanıyıb. Ağdamlılar HİK səddini keçə bilməsə, Konfrans Liqasında bu turnirin III mərhələsinin “Farul” (Rumıniya) – “Flora” cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off avqustun 24-də və 31-də baş tutacaq.

https://mail.qelebe.az//uploads/photo/konfrans-liqasi-qarabagin-mumkun-reqibleri-bilinib.webp











