RFŞ komandasının baş məşqçisi: "Bəzən yaxşı oynasan da, məğlub olursan"

RFŞ komandasının baş məşqçisi: "Bəzən yaxşı oynasan da, məğlub olursan"

"Bəzən yaxşı oynasan da, məğlub olursan".

"Report"un məlumatına görə, bunu Latviyanın RFŞ klubunun baş məşqçisi Viktor Moroz Bakıda "Sabah"a 1:2 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis Azərbaycan təmsilçisini qələbə münasibətilə təbrik edib: "Mübarizəni dayandırdıq, rəqib yoluna davam edir. Hər iki komanda döyüşkən oyun sərgilədi. Qırmızı vərəqən sonra planlarımız dəyişdi. Buna baxmayaraq, qol vura bildik. Daha birini vurmaq istəyirdik, alınmadı. Rəqibin imkanları daha çox oldu. Komandamla fəxr edirəm".

O, meydana aqressiv çıxmalarının ilk görüşdəki məğlubiyyətlə bağlı olduğunu söyləyib: "İstəmədiyimiz nəticə idi və daha yaxşı oynamalı idik. Lakin alınmadı. Oyunda çoxlu epizodlar oldu, hər iki komanda aqressiv idi. Bura nəticə əldə etmək üçün gəlmişdik və nə lazım idisə etməliydik. Göstərdik ki, qonaq kimi gəlməmişik. Rəqib hesabı saxlamağa meyilli görünürdü".

Moroz "Dauqavpils"də çalışdığı zaman sərəncamında olan azərbaycanlı futbolçu Vüqar Əsgərov "Sabah"ı cütün favoriti hesab etməsinə də toxunub: "Bu, onun seçimidir. Hər kəsin öz fikri var. Şanslar bərabər idi. Düşünürəm ki, bəxtimiz gətirmədi. "Sabah"a növbəti oyunlarda uğurlar arzu edirəm".

Baş məşqçi "Faciənin başlanğıcı sizin, yoxsa oyunçunuzun qırmızı vərəqə alması idi" sualına belə cavab verib: "Buna fikir bildirmək asan deyil. 11 futbolçu ilə oynayanda daha rahat olursan. Futbolçumuzun qovulması məni özümdən çıxardı. Ona barmaqla "Əla" işarəsi göstərdim, amma səhv başa düşdü. Qovulmağımın çox təsiri olmadı. Köməkçilərim oyunu idarə edə bildilər. Azlıqda qalmağımızın təsiri çox oldu".

Futbol
Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Futbol
AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

AVRO-2024: Azərbaycanı püşkatmada təmsil edəcək şəxslər bəlli olub

Futbol
Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Futbol
"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Futbol
Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Futbol
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Futbol
XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

Futbol
DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

Futbol
"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

Futbol
Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"