Murad Musayev: "Yaxşı oynadıq, əsl kişilik göstərdik"

Murad Musayev: "Yaxşı oynadıq, əsl kişilik göstərdik"

"Əla nəticə qazandıq. Güclü rəqibə qarşı yaxşı oynadıq, əsl kişilik göstərdik".

"QELEBE.AZ"un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Latviyanın RFŞ komandasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis nəticəyə görə sevindiyini gizlətməyib: "Bir az həyəcan var idi. Bu da ilk avrokubok oyunu olması ilə bağlıdır. Çox vaxtımız yoxdur. İki gün sonra "Qəbələ" ilə matçımız var. Mövsümə yaxşı başladıq".

O, rəqibin heyətində səviyyəli oyunçular olduğunu bildirib: "İkinci hissədə riskə getdilər. Bir neçə qol imkanından yararlana bilmədik. Top buraxsaq da, geridönüş edə bildik. Rəqibin azlıqda qalması bizə problem yaratmadı. Oyun nəzarətimizdə idi. RFŞ-nin çox qol fürsəti olmadı".

Matçda sonra RFŞ-nin baş məşqçisi Viktor Moroz "Sabah"ın meydana hesabı qorumaq üçün çıxdığını iddia edib. 40 yaşlı çalışdırıcı həmkarının fikirləri ilə razılaşmayıb: "Hədəfimiz hər zaman hücum futbolu oynamaqdır. Hesabı qorumağa çalışsaydıq, səhv olardı. Ötən mövsüm də ən az qol buraxan komandalardan idik".

40 yaşlı baş məşqçi yeni transferlər Vinsent Tillə Jarl Marqaritanın komandaya tam uyğunlaşmadığını etiraf edib: "Till bizə uyğun olan futbolçudur. Bu gün cinah hücumçusu kimi çıxış etdi. Qol imkanlarından istifadə edə bilmədi. Marqarita da hələ tam uyğunlaşmayıb"

Musayev III təsnifat mərhələsindəki rəqibləri olan Serbiya "Partizan"ı barədə fikir bildirməyin erkən olduğunu svurğulayıb: "İndi nəsə deyə bilmərəm. Hələ oyunlarına baxmamışam. Mərhələ adlamağa çalışacağıq".

Qeyd edək ki, Konfrans Liqasında III raundun oyunları 10-17 avqustda keçiriləcək.

Futbol
Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Futbol
"Qarabağ"ın rəqibinin baş məşqçisi istefaya göndərilə bilər

"Qarabağ"ın rəqibinin baş məşqçisi istefaya göndərilə bilər

Futbol
"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
Kriştianu Ronaldu növbəti dəfə "Çelsi"yə təklif olunub

Kriştianu Ronaldu növbəti dəfə "Çelsi"yə təklif olunub

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Futbol
Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Futbol
İngiltərədə ilin futbolçusu açıqlanıb

İngiltərədə ilin futbolçusu açıqlanıb

Futbol
"Milan"ın hücumçusu Çempionlar Liqasında yeni nailiyyətə imza atıb

"Milan"ın hücumçusu Çempionlar Liqasında yeni nailiyyətə imza atıb

Futbol
PSJ "Milan"ın futbolçusunu 150 milyon avroya transfer etmək istəyir

PSJ "Milan"ın futbolçusunu 150 milyon avroya transfer etmək istəyir

Futbol
"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub