Qurban Qurbanov: "Şahruddin barədə sual verməyə tələsirsiniz"

Qurban Qurbanov: "Şahruddin barədə sual verməyə tələsirsiniz"

"Şahruddin və ya digər futbolçular barədə sual verməyə, transfer məsələlərinə tələsirsiniz".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşada "Rakuv"a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib

51 yaşlı mütəxəssis bildirib ki, futbolda qaçılmaz hallar olur: "Kənardan hər şey fərqli görünə bilər. Amma epizoda yaxın olsan, başqa fikirdə ola bilərsən. Top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Transferlərimizi yerli-yerində etməyə çalışırıq. İstənilən an ola bilər. Əvvəlcədən heç nə deyə bilmərəm. Komandamdan razıyam. Buraya hücum futbolu göstərməyə gəlmişdik. Düşünürəm ki, futbolçularım bunu bacardılar".

O, futbolçularının çox yaxşı oyun göstərdiyini söyləyib: "Hər birindən həddindən artıq razı qaldım. Həqiqətən əsl Çempionlar Liqası matçı idi. Meydanda iki çox yaxşı kollektiv mübarizə apardı. İlk hissədə daha qapalı futbol gedirdi. İkinci yarıda isə boş sahələr çox oldu. Futbolçularım çox əziyyət çəkdilər. Böyümək üçün faydalı oyun oldu. Rəqibi daha yaxından tanıdıq. Bakıda daha diqqətli olmağa çalışacağıq. "Rakuv" elə komandadır ki, futbolçuları ani diqqətsizlikdən qol vura bilirlər. İnanıram ki, evdə daha yaxşı oynayacağıq".

Qurbanov "Rakuv"la matçda fərdi səhvlər və diqqətsizlik olduğunu gizlətməyib: "Rəqibin necə hücum edəcəyini, demək olar ki, bilirdik. İlk qol texniki səhvdən buraxıldı. Düzülüşdə bir az gecikdilər. Bilmirəm, bəlkə kənardan fərqli görünür. Oyuna yenidən baxacam. İlk hissədə xeyli sayda qol epizodlarımız oldu. İkinci yarının hardasa 10-15 dəqiqəsində əvvəlki dinamikanı yaxalaya bilmədik. Get-gedə fəallaşmağa başladıq. "Rakuv" oyuna görə bizi üstələmədi. Düzdür, qollar vurdular. Üçüncü qol sırf fərdi ustalıqla bağlı idi. Belə qollar nadir hallarda olur. Ədalətli nəticə bəlkə də bərabərlik idi. Buraxılan sonuncu qol bizi daha məsuliyyətli olmağa vadar edəcək. Bu isə komandamın faydasına olacaq".

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

Futbol
DÇ-2022: Mərakeş millisi fasiləyə üstün yollanıb

DÇ-2022: Mərakeş millisi fasiləyə üstün yollanıb

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Futbol
Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

Futbol
Merih Demiralın evi qarət olunub

Merih Demiralın evi qarət olunub

Futbol
Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Futbol
"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

Futbol
DÇ-2022: Uels - İran oyunu başlayıb

DÇ-2022: Uels - İran oyunu başlayıb

Futbol
DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO