“Neftçi” braziliyalı futbolçusu ilə yollarını ayırıb

“Neftçi” braziliyalı futbolçusu ilə yollarını ayırıb

“Neftçi” futbolçusu Mateus Saldanya ilə yollarını ayırıb.

QELEBE.AZ saytının məlumatına görə, klubun mətbuat xidməti bununla bağlı bəyanat yayıb.

Bildirilib ki, Bakı təmsilçisi 2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan legioneri komandadan xaric etməyə qərar verib. Hücumçu ilə bağlı belə sərt addımın atılmasına Saldanyanın davranışı səbəb olub: “Braziliyalı son günlərdə klub rəhbərliyinə Serbiyanın “Partizan” klubundan maliyyə cəhətdən çox yaxşı təklifin olduğunu bildirib. Verdiyi son müsahibələrində “Neftçi” ilə müqaviləsinin olduğunu və sonadək komandada qalacağını vurğulayan futbolçu aldığı təklifdən sonra klub rəhbərliyindən getməsi üçün icazə istəyib”.

“Ağ-qaralar” indiki vəziyyətdə - mövsümün əvvəlində, Konfrans Liqasının oyunlarına bir neçə gün qalmış onu komandadan buraxmaq istəmədiyini dəfələrlə Mateusun nəzərinə çatdırıb. Bu xəbərdarlıqlara baxmayaraq, legioner son günlərdə müxtəlif səbəblərlə məşqlərdə iştirakdan yayınıb, dünənki hazırlığa isə icazəsiz qatılmayıb.

“Neftçi” rəhbərliyi bu cür hərəkətləri ilə əlaqədar həm futbolçu, həm də menecerini rəsmi qaydada məlumatlandırıb. Vurğulanıb ki, kimliyindən asılı olmayaraq maddiyəti hər şeydən üstün tutan, onun rənglərinə bağlı olmayan, forma üçün mübarizə aparmağa hazır olmayan heç bir kəsi heyətində məcburi saxlamaz. Buna görə də braziliyalı futbolçunun komandadan xaric olunması haqqında qərar verilib.

Bəyanatda deyilir ki, futbolçunun davranışı ona maraq göstərən “Partizan”la “Neftçi” arasında münasibətlərə təsir etməyəcək: “Ürəyi “Neftçi” ilə olmayanın özü də “Neftçi”də olmamalıdır. Qayğısı yalnız maddiyyət olan futbolçuya “Neftçi” kimi klubda yer yoxdur. Proses dövründə “Partizan” klubu yazılmış və yazılmamış qaydalar çərçivəsində davranmışdı. Dostluq münasibətlərimiz olan Belqrad təmsilçisinə heç bir iradımız yoxdur”.

Bəyanatda azarkeşlərə müraciət də əksini tapıb: “Azarkeşlərimizi əmin etmək istəyirik ki, UEFA Avropa Konfranslar Liqasında keçiriləcək ilk oyunumuza bir neçə gün qalmış Mateus Saldanya adlı futbolçunun komandamızı çətin vəziyyətdə qoymasına baxmayaraq, klubun rəhbərliyi və məşqçilər korpusu vəziyyətdən ən məqbul çıxış yolunu tapacaqlar. Hazırda hücum xəttimizi gücləndirmək üçün ciddi transfer işləri aparılır”.

Qeyd edək ki, Saldanya bu ilin yanvarında “Neftçi”yə qoşulmuşdu.

Futbol
Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Futbol
İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

Futbol
Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Futbol
Rahim Sterlinqin Londondakı evi qarət edilib

Rahim Sterlinqin Londondakı evi qarət edilib

Futbol
"Neftçi"nin baş məşqçisi "Styaua"ya mümkün qayıdışı ilə bağlı açıqlama verib

"Neftçi"nin baş məşqçisi "Styaua"ya mümkün qayıdışı ilə bağlı açıqlama verib

Futbol
"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

Futbol
“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

Futbol
PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

Futbol
KİV: Braziliya futbolçuları arasında virus yayılıb

KİV: Braziliya futbolçuları arasında virus yayılıb

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

Futbol
Arda Turan karyerasını başa vurub

Arda Turan karyerasını başa vurub

Futbol
“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq