Konfrans Liqası: "Neftçi" və "Sabah"ın Bakıdakı oyununun hakimləri bəlli olub

Konfrans Liqası: "Neftçi" və "Sabah"ın Bakıdakı oyununun hakimləri bəlli olub

"Neftçi" və "Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəkləri oyunların təyinatları bəlli olub.

"Report"un məlumatına görə, "ağ-qaralar"ın matçını Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Balaj Berkeyə həmyerliləri Balaj Buzaş və Balaj Sert laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.

Bakının digər klubu "Sabah"ın qarşılaşmasını isə isveçrəli Fedayi San idarə edəcək. Yonas Enri və Yan Kebeli yan xətt hakimləri, Sandro Şerer dördüncü hakim olacaq.

Qeyd edək ki, "Neftçi" bu raundda "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün (ilk oyun 2:2) qalibi ilə üz-üzə gələcək. "Sabah" isə "Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya) duelinin (ilk oyun - 0:1) güclüsü ilə qarşılaşacaq. Hər iki komandanın ilk görüşü səfərdə olacaq.

Futbol
Ronaldu ABŞ klubundan imtina edib

Ronaldu ABŞ klubundan imtina edib

Futbol
UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

Futbol
Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Futbol
"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

Futbol
FIFA DÇ-2026-nın formatı ilə bağlı üç variantı nəzərdən keçirir

FIFA DÇ-2026-nın formatı ilə bağlı üç variantı nəzərdən keçirir

Futbol
İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

Futbol
Mahmud Qurbanov: "Hər oyundan sonra məni göndərib, yeni baş məşqçi gətirirlər"

Mahmud Qurbanov: "Hər oyundan sonra məni göndərib, yeni baş məşqçi gətirirlər"

Futbol
Qaret Beyl Uels millisinin tarixinə düşüb

Qaret Beyl Uels millisinin tarixinə düşüb

Futbol
Ronaldo bağışlanılıb

Ronaldo bağışlanılıb

Futbol
DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

Futbol
Qaret Beyl karyerasını bitirdiyini elan edib

Qaret Beyl karyerasını bitirdiyini elan edib

Futbol
Region Liqasında yeni mövsümün püşkü atılıb

Region Liqasında yeni mövsümün püşkü atılıb