"Qarabağ"ın legioneri: "Linkoln"la oyunda diqqətli olmasaq, fəsadlarını görəcəyik"

"Qarabağ"ın legioneri: "Linkoln"la oyunda diqqətli olmasaq, fəsadlarını görəcəyik"

"Evdəki görüş təbii örtüklü stadionda və bir az gec saatlarda gerçəkləşəcək. Bütün bunlara baxmayaraq, diqqətli olmalıyıq. Əks halda fəsadlarını görəcəyik".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Julio Romao Bakıda Cəbəllütariqin "Linkoln" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi səfərdəki qarşılaşmanın onlar üçün asan olmadığını bildirib: "Həmişə mövsümün birinci matçı çətin alınır. Bu dəfə də istisna deyildi. Zaman keçdikcə daha yaxşı olacağıq. İlk görüşün yeri, saatı və ümumi şərait heç də yaxşı deyildi. Süni örtüklü meydança və dözülməz istinin olması rahat şərtlər altında oynamağa maneçilik törətdi. Rəqib ilk hissədə əks-hücuma üstünlük verdi. Bu da özünü doğrultdu və hesabda önə keçə bildilər. Amma ikinci yarıda səbirli və təmkinli davranaraq istəyimizə çatdıq, layiqli qələbə qazandıq".

Braziliyalı oyunçu Cəbəllütariqdəki matçın fasiləsində Qurban Qurbanovun onlara verdiyi tapşırıqlar barədə danışıb: "Fasilədə baş məşqçi bizə sadəcə səbirli olmağı tapşırdı. Planlaşdırdığımız oyunu sonadək göstərməyimizi istədi. Düşünürəm ki, bizim də məhz səbirli olmağa ehtiyacımız var idi. Sonadək belə davrandıq və bəhrəsini gördük".

Romao "köhlən atlar"ın ötən mövsümdəki bombardirləri Musa Qurbanlı və Ramil Şeydayevin komandanı tərk etməsinə də toxunub: "Bu, itki sayıla bilər. Çünki hər ikisi ən çox qol vuran oyunçularımız idi. Bu, öz təsirini göstərməyə bilməz. Amma heyətdə onları əvəzləyə biləcək futbolçular var. Mövsümün gedişində bu çatışmazlığı çox da hiss etməyəcəyik".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Linkoln" görüşü saat 20:00-da başlayacaq. Səfərdəki qarşılaşmada Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.

Futbol
Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Futbol
"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

Futbol
“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur

“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur

Futbol
Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Futbol
"Nant" Bakıya səfər öncəsi məğlub olub

"Nant" Bakıya səfər öncəsi məğlub olub

Futbol
Türkiyə Super Liqasının oyunundan sonra Balotelli ilə bağlı qalmaqal baş verib

Türkiyə Super Liqasının oyunundan sonra Balotelli ilə bağlı qalmaqal baş verib

Futbol
Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Futbol
"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

Futbol
“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

Futbol
Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb