"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başlayıb - YENİLƏNİB-6

"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başlayıb - YENİLƏNİB-6

"Qarabağ" UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə "Linkoln"un qonağı olub. "Viktoriya" stadionunda oynanılan görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça Ağdam klubu üstün başlasa da, ilk qolu 25-ci dəqiqədə meydan sahibləri vurublar. Əks-hücumu Kike Qomes məntiqi sonluqla başa çatdırıb. Buraxılan topdan sonra Azərbaycan çempionu Nəriman Axundzadə ilə qola yaxın olsa da, ilk hissədə hesabı bərabərləşdirmək mümkün olmayıb və komanda fasiləyə məğlub yollanıb.

İkinci yarıya da fəal başlayan "Qarabağ" istədiyi qolu 58-ci dəqiqədə vurub. Abdullah Zubirin ötürməsindən sonra Redon Cica qüvvətli zərbə ilə tarazlığı bərpa edib. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Yassin Benzia qoyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

20:52

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

"QELEBE.AZ"un məlumatına görə, 58-ci dəqiqədə Ağdam klubunun hücumçusu Redon Cica tarazlığı bərpa edib - 1:1.

20:37

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, ilk yarıdan sonra Azərbaycan çempionu hesabda geridədir - 0:1.

20:20

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, Ağdam təmsilçisi fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

Yeganə qolu 25-ci dəqiqədə meydan sahiblərindən Kike Qomes vurub.

19:56

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, 25-ci dəqiqədə meydan sahibləri Kike Qomesin qolu ilə önə çıxıblar.

19:30

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, "Viktoriya" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.

Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

18:23

Cəbəllütariqdə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Linkoln" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

"QELEBE.AZ" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Linkoln": Deyl Kolinq, İbrahim Ayu, Con Sarcent, Bernardu Lopeş, Nano, Mandi, Mustafa Yahaya, İtan Britto, Liam Uoker, Kike Qomes, Xuampe
Ehtiyat oyunçular: İvan Villanueva, Nauset Santana, Roy Çipolina, Kayl Klinton, Xuan Penya, Conatan Şortino, Cumaney Börnet, Samson Acayi, Santi Luke, Li Kasyaro
Baş məşqçi: Xavi Munyos

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 87. Adama Diakabi, 17. Hamidu Keyta
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Viktoriya" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Futbol
Xaliq Mərdanov: "Qarabağ"a qarşı qorxaq futbol oynamayacağıq"

Xaliq Mərdanov: "Qarabağ"a qarşı qorxaq futbol oynamayacağıq"

Futbol
Mahmud Qurbanov: "Hər oyundan sonra məni göndərib, yeni baş məşqçi gətirirlər"

Mahmud Qurbanov: "Hər oyundan sonra məni göndərib, yeni baş məşqçi gətirirlər"

Futbol
Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Futbol
Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Futbol
Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

Futbol
"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

Futbol
DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

Futbol
Polşa növbəti sensasiyaya imkan verməyib

Polşa növbəti sensasiyaya imkan verməyib

Futbol
“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

Futbol
Ronaldinyonun oğlu "Barselona"ya keçir

Ronaldinyonun oğlu "Barselona"ya keçir

Futbol
Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq