“Neftçi” Avropanın perspektivli məşqçilərindən bir ilə müqavilə imzalayıb

“Neftçi” Avropanın perspektivli məşqçilərindən bir ilə müqavilə imzalayıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.

“QELEBE.AZ”un məlumatına görə, paytaxt klubu Avropanın perspektvili mütəxəssislərindən biri hesab olunan Adrian Mutu ilə müqavilə imzalayıb.

Bir neçə müddətdir tərəflər arasında davam edən danışıqların yekununda klub rəhbərliyi öz planları və islahatlar vəd edən gələcək layihələri ilə rumıniyalı mütəxəssisi razı salıb.

Rumıniya mətbuatında Mutunun “Neftçi”dəki qazancı haqqında müxtəlif spekuliyasiyalar və iddialar səsləndirilsə də, əldə etdiyimiz məlumata görə, onun Bakı klubundan alacağı məvacib iddia olunandan qat-qat azdır.

Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan və baş məşqçi kimi sonuncu iş yeri Buxarestin “Rapid” klubu olan Mutu müxtəlif vaxtlarda ölkəsinin “Voluntari”, “Universitatea Krayova”, həmçinin BƏƏ-nin “Əl-Vəhdə” klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.

Futbolçu kimi çox uğurlu karyeraya malik olan eks hücumçunun ən parlaq illləri İtaliyada keçib. O, bu ölkənin “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina” kimi klublarında çıxış edib.

Bundan əlavə, İngiltərədə “Çelsi”, Fransada isə “Ayaçço”nun da formasını geyinmiş Mutu əfsanəvi məşqçilər – Marçello Lippi, Klaudio Ranyeri, Joze Mourinyo, Fabio Kapello, Çezare Prandelli kimi mütəxəssislərin rəhbərliyi altında çıxış edib, onlardan futbolun sirlərini öyrənib.

Məşqçi kimi isə özünü ötən mövsüm uzun illər sonra “Napoli”yə A seriyası çempionluğunu qazandıran Luçano Spalettinin yetirməsi hesab edən Mutu oynatdığı oyun tərzi ilə də italiyalı mütəxəssisə bənzəyir. Maraqlıdır ki, “Fiorentina”da çıxış etdiyi zamanlarda Spaletti hücumçunu o zamanlar çalışdırdığı “Roma”ya transfer etmək istəmişdi. Keçid alınmasa da, ikili arasında o vaxtdan qalma dostluq münasibətləri mövcuddur.

Komandasına daha çox hücum və pressinqə əsaslanan taktika aşılayan rumıniyalı məşqçi aqressiv oyuna üstünlük verir. Bir çox futbol şərhçilərinin fikrincə, gənc olmasına baxmayaraq, özünü yetərincə təsdiqləmiş Mutu A seriyasında belə klub çalışdırmaq iqtidarındadır.

Qeyd edək ki, Rumıniya millisinin tarixində əfsanəvi Geroge Haci ilə ilə birlikdə ən çox qol vuran oyunçu da (35 qol) məhz Adrian Mutudur.

Futbol
Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Futbol
“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları açıqlanıb

“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları açıqlanıb

Futbol
İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

Futbol
Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Futbol
İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

Futbol
Merih Demiralın evi qarət olunub

Merih Demiralın evi qarət olunub

Futbol
FIFA prezidenti mundial müddətində Ukraynada atəşkəsə çağırış edib

FIFA prezidenti mundial müddətində Ukraynada atəşkəsə çağırış edib

Futbol
Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Futbol
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"