“Rafting Gabala”-nin açılış mərasimi baş tutub - VİDEO

“Rafting Gabala”-nin açılış mərasimi baş tutub - VİDEO

20 İyun tarixində ölkənin ilk və tək raftinq mərkəzi olan “Rafting Gabala”-nin açılış mərasimi baş tutub.

APA xəbər verir ki, görüşdə “Gabala Hospitality Group” şirkətinin Baş İcraçı Direktoru Şəbnəm Fərman, Qəbələ rayonun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının və Tükiyə Kanoe Federasiyasının təmsilçiləri, beynəlxalq ekspertlər, media nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri açıq elan edən “Gabala Hospitality Group” şirkətinin Baş İcraçı Direktoru Şəbnəm Fərman qeyd edib:

“Ölkəmizdə su idman növlərinin inkişafı bizi sevindirir. Qəbələnin möhtəşəm təbiətindən ilamlanaraq bu layihəyə başladıq. İnanırıq ki, raftinq əyləncəsi müştərilərimizə fərqli təcrübə yaşatmaqla bərabər, Qəbələnin turizm potensialının artmasına çox böyük tövhələr verəcək. Biz günki tədbiri Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edirik.” Daha sonra Qəbələ rayonun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev də çıxış edərək ölkə üçün yenilik olan raftinqin Qəbələdə olmasından məmnunluğunu ifadə etdi. Açılış tədbirində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nüməyəndələri, beynəlxalq ekspertlər, texniki təlimatçılar media nümayəndələrinin və tədbir iştirakçılarının suallarını cavablandırdılar. Sonda raftinq qayıqları suya endirilərək finiş nöqtəsinə kimi uğurla hərəkət etdilər. Raftinq – axın sürəti yüksək olan dağ çaylarında hava ilə şişirilmiş qayıqlarda hərəkət edən su idman-əyləncəsidir. Bu əyləncədən istifadə etmək üçün xüsusi bacarıq tələb olunmur. “Rafting Gabala”-nin marşrutu 14 km., start nöqtəsindən finiş nöqtəsinə qədər olan məsafəni qət etmək üçün tələb olunan müddət isə 40 dəqiqədir. Qeydiyyat və ətraflı məlumat üçün: Vebsayt: rafting.az Tel: +994 50 290 43 33 e-mail: [email protected] @raftinggabala “Gabala Hospitality Group” şirkəti ölkənin ən böyük turizm menecementi şirkətlərindən biridir. Şirkətin portfelinə “Rafting Gabala” ilə yanaşı “Tufandağ qış-yay turizm istirahət kompkleksi”, “Qafqaz Hotels&Resorts”, “Gabaland” Əyləncə Parkı, peşəkar atıcılıq mərkəzi olan “Gabala Shooting Club” aiddir.

Digər növlər
Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Digər növlər
AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Digər növlər
"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

Digər növlər
"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

Digər növlər
Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Digər növlər
Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Digər növlər
AMADA il ərzində 1456 test götürüb

AMADA il ərzində 1456 test götürüb

Digər növlər
Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Digər növlər
Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Digər növlər
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

Digər növlər
Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir - FOTO - VİDEO

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir - FOTO - VİDEO