Azərbaycan millisinin həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib

Azərbaycan millisinin həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının həkimi Lalə İbrahimova Bakı - İstanbul aviareysində səhhəti pisləşən sərnişini xilas edib.

"QELEBE.AZ"un eyni təyyarədə uçan əməkdaşı xəbər verir ki, hadisə bu gün Bakı vaxtı ilə saat 11:45-də uçuşa başlayan Türk Hava Yollarına məxsus təyyarədə baş verib.

Təyyarə havaya qalxdıqdan 2 saat sonra sərnişin özünü narahat hiss edib. O, həkimlərə bildirib ki, sinəsində ağrılar var və getdikcə həmin ağrılar şiddətlənir. Təyyarə heyəti sərnişini ilkin müayinədən keçirsə də, səhhətini yaxşılaşdırmaq üçün dərman preparatı tapılmayıb.

Lalə İbrahimova
Lalə İbrahimova

Həmin təyyarədə Maltaya yarışa gedən qadın futbolçulardan ibarət Azərbaycan futbol yığması da uçduğu üçün halı pisləşən sərnişinin köməyinə komandanın həkimi L.İbrahimova çatıb. Həkim sərnişini ehtiyat tibb çantasından lazım olan dərmanla təmin edib. Bundan daha sonra xəstənin halı normallaşıb.

Həkim sərnişindən təcili ürəyini kardioqramma etməsini tələb edib və təyyarə İstanbulda endikdən sonra xəstə klinikaların birində həkim nəzarətinə alınıb.

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

Futbol
Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Futbol
"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib

"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Futbol
Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Futbol
“Qalatasaray” 662 gündən sonra lider olub

“Qalatasaray” 662 gündən sonra lider olub

Futbol
"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Futbol
Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Futbol
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Futbol
“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ

Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ