Avropa Oyunlarının qızıl medalçısı: "Qalib gələcəyimi hiss edirdim, tarix yazdım"

Avropa Oyunlarının qızıl medalçısı: "Qalib gələcəyimi hiss edirdim, tarix yazdım"

"Bu gün qalib gələcəyimi hiss edirdim. Tarix yazdım".

Bunu "QELEBE.AZ"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Tural Ağalarzadə deyib.

67 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib ki, qələbəni sözlə ifadə etmək mümkün deyil: "Məni dəstəkləyən hər kəsə, bizim üçün bu şəraiti yaradan ölkəmizin başçısına, eyni zamanda, məşqçilərimə, ailəmə və sevdiklərimə təşəkkür edirəm. Finala qədər çətin döyüşlərim oldu. Həlledici görüşdə isə üçqat Avropa çempionu Dionisios Ksenosla üz-üzə gəldim. Taktiki gedişləri döyüşdən öncə hazırlamışdıq. Psixoloji və fiziki cəhətdən çox hazır idim. Buradan ailəmə təşəkkür edirəm. Onları sevirəm".

Kişilərdən ibarət kumite millisinin baş məşqçisi Qurban Tağıyev isə qələbəni bu cür şərh edib: "Xalqımızı təbrik edirik. Bu gün 4 karateçimiz çıxış etdi. Əminağa Quliyevdən də nəticə gözləyirdik. Təəssüf ki, zədələri imkan vermədi. Tural isə aylardır zədəli halda məşq edirdi. Axır ki, çempion oldu və hamımızı sevindirdi".

O, Ağalarzadənin qrupda asanlıqla məğlub etdiyi Ksenosa finalda çətinliklə qalib gəlməsinin səbəbini də açıqlayıb: "Qrupda hər ikisi yarımfinala vəsiqəni təmin etmişdi. Bu səbəbdən ciddi mübarizə aparmadılar. Artıq bir-birilərini tanıdıqları üçün finalda daha gərgin döyüş alındı".

Mütəxəssis iyunun 23-də mübarizəyə qoşulacaq digər karateçilərin də şanslarını dəyərləndirib: "Bu idmandır, qələbə ilə yanaşı, məğlubiyyət də olur. İrina Zaretska, Fərid Ağayev və Asiman Qurbanlı kimi nəticə gözlədiyimiz idmançılar var. Ümid edirik ki, ən azı finala çıxacaqlar".

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Fərdi
Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Boks üzrə Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Fərdi
Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Fərdi
Nazim Sadıqov: "UFC-də nokautlarla müqaviləmin müddətini uzadacağam"

Nazim Sadıqov: "UFC-də nokautlarla müqaviləmin müddətini uzadacağam"

Fərdi
Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib