Canni de Byazi: İlk üç xalı götürməyi bacaracağıq - MÜSAHİBƏ

Canni de Byazi: İlk üç xalı götürməyi bacaracağıq - MÜSAHİBƏ

“İlk iki oyunda uduzduq. 9 qol buraxmışıq. Amma iki güclü komandaya qarşı oynadıq, böyük təcrübəyə malik idilər”.

QELEBE.AZ saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsinin Estoniya ilə sabah keçiriləcək oyunu ərəfəsində mətbuat konfransında iştirak edib.

De Byazi “Dalğa Arena”dakı qarşılaşmadan öncə əvvəlki 2 matçdan danışıb: “Avstriya və İsveçlə oyunları yaxşı analiz etsəniz, bəzi hissələrdə yaxşı mübarizə apardıq, meydanda qaldıq. Fərdi səhvlər olur. Bu, bizə çox baha başa gəldi. Əgər inkişaf etmək istəyiriksə, təcrübəsi az olan oyunçular üçün belə səhvlər ümid edirəm böyük dərs olar. Bizə gələcəkdə inkişaf üçün kömək olar”.

- Komandada mərkəz hücumçuları çoxdur. Mahiri Emrelini mərkəz hücumçusu kimi görürsünüz?

- Son 7 oyunda oynadığımız sistemi bilirsiniz. Yaxşı nəticələr göstərmişik. Beş qələbə qazanmışdıq. Asan olmayan rəqiblərə qarşı əldə etmişdik. Doğrudur, iki oyunda uduzmuşuq. Sabah görəcəksiz, Mahir hansı mövqedə oynayacaq. Son zamanlar oynadığı mövqedə olar. Əminəm ki, əlindən gələni edəcək.

- Sabah hamı evdə oynayan komandadan qələbə gözləyir. Bu, yığmada psixoloji gərginlik yarada bilər?

- Yox. Çünki iki oyunda uduzmuşuq. Uşaqlarda böyük istək var ki, revanş alsınlar. Sabah ağır rəqibə qarşı oynayırıq. Fiziki güclü komandadırlar. Onlarda sezonun ortasıdır, bizdə bitib. Sabah əlimizdən gələni edəcəyik və ümid edirəm ki, ilk üç xalı götürməyi bacaracağıq.

- Estoniya Avstriyaya 1:2, siz 1:4 hesabı ilə uduzdunuz. Bu haqda fikriniz necədir?

- Futbol riyaziyyat deyil. Avstriya-Estoniya matçına baxmışam. Yaxşı oynadılar, daha yaxşısını edə bilərdilər. Sabah ən yaxşısını edəcəyik ki, qələbə qazanaq.

- Buraxdığınız qolların hamısı fərdi səhvlərdən irəli gəlir?

- Bir neçə məqam var. Ola bilər bəzi oyunçular bu səviyyədə oynamağa öyrəşməyib, vəziyyəti gec oxuyuruq. Nəticədə də sözünü deyir. Rəqibin hamısı böyük liqalarda oynayırsa, çətinliklər özünü göstərir. Amma topla yaxşı davranırıq, yaxşı imkanlarımız olur. Qol vurub-vurmamaq vacib məqamlardır. Əgər oyunumuzda inkişafı hiss etmiriksə, demək görmək istəmirik.

- Fiziki hazırlıq hansı durumdadır?

- Estoniyada mövsümün ortasıdır, bizdə bitib. Oyunçular yorğundur. Sabah mütləq 100 faiz oyuna konsentrasiya olub, rəqibdən daha çox qaçmalıyıq. Çox ağır rəqibə qarşı oynayırıq. Fiziki güclüdürlər.

Qeyd edək ki, Azərbaycan–Estoniya qarşılaşması saat 20:00-da başlayacaq.

Futbol
Avropa Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Avropa Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib

Futbol
"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

Futbol
Rusiya klubu baş məşqçisini istefaya göndərib

Rusiya klubu baş məşqçisini istefaya göndərib

Futbol
Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Futbol
Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq

Futbol
Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Futbol
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib

Futbol
“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

Futbol
DÇ-2022: Uelsdən əzmkar heç-heçə  - YENİLƏNİB

DÇ-2022: Uelsdən əzmkar heç-heçə - YENİLƏNİB

Futbol
Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər